Accessibility links

Rauf Mirqədirovun məhkəməsi təxirə salınıb


Rauf Mirqədirov
Rauf Mirqədirov

Martın 3-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən qapalı prosesdə bildirilib ki, ilkin qərardan şikayəti vermə müddəti bitmədiyi üçün proses martın 16-dək təxirə salınıb.

Təqsirləndirilən şəxsin vəkili Fuad Ağayev müdafiə etdiyi şəxslə məsləhətləşdikdən sonra Ali Məhkəməyə kassasiya şikayəti verə biləcəklərini qeyd edib.

R.Mirqədirov 2014-cü ilin aprelində Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist ittihamı qəbul etmir. Amnetsty İnternational Mirqədirovu “vicdan məhbusu“ elan edib.

XS
SM
MD
LG