Accessibility links

Amerika futbolu üzrə Super Kubok uğrunda oyunda işıqlar sönüb


Bazar günü ABŞ Milli Futbol Liqasının Super Kubok uğrunda çempionat oyunu zamanı gözlənilmədən işıqlar sönüb.

Baltimorun "Ravens" və San Fransiskonun "49-ers" komandaları arasında Yeni Orleanda keçirilən oyunun ikinci hissəsinin başlanmasından bir neçə dəqiqə sonra stadionun yarısının işıqlarının gözlənilmədən keçməsi futbol meydançasını zülmətə qərq edib.

Bundan sonra oyun 35 dəqiqə təxirə salınıb. Stadionun administrasiyası və onu enerji ilə təmin edən yerli elektrik idarəsinin nümayəndələri hadisənin elektrik kütləsinin çoxluğundan cihazlardan birinin sıradan çıxması nəticəsində baş verdiyini deyib.

Hadisə baş verənədək Baltimor 28-6 hesab ilə irəlidə idi. İşıqlar bərpa edildikdən sonra San Fransisko komandası güclü hücumlar nəticəsində hesabı bərabərləşdirməyə yaxın oldu . Amma sonda Baltimor komandası özünü toplayaraq 34-31 xal hesabı ilə rəqib komandanı məğlub edə bildi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG