Accessibility links

Rey Çarlz - 2-ci hissə [Audio-Fotolar]


Rey Çarlzın “Let’s Go Get Stoned” - "Gəl Nəşələnək “adlı mahnısı onun özünəməxsus, öz səsinə uyğun bir mahnıdır. O, bu mahnı üzərində bir neçə il işləyib. Ondan əvvəl belə bir janrda mahnını heç kim ifa etməmişdi.


Rey Şarlz 2-ci hissə
please wait

No media source currently available

0:00 0:04:48 0:00
Direct link

Rey qaradərililərin kilsə musiqisi ilə bluz və rok-n-rolu qarışdırdı və bu musiqi çox gözəl səsləndi. 1950-ci illərdə onun bu mahnısının milyonlarla nüsxəsi satıldı.


Elə həmin illərdə Rey Çarlz ifa etdiyi caz musiqisini də yazdırırdı. Tənqidçilər bu musiqi janrlarının dinləyicilər üçün yeni və cəlbedici olduğunu deyirdilər. Onun “Sweet Sixteen Bars”-ı buna nümunədir.

Rey Çarlz bluz, caz və rok musiqisinə görə məşhur idi. Bunlarla yanaşı o, digər musiqi janrlarını da sevirdi, milli və vestern musiqisini.

Nəhayət Rey bu janrlarda musiqi albomu buraxmaq qərarına gəldi. Lakin val şirkətinin sahibi bunun yalnış fikir olduğunu və Rey Çarlzın pərəstişkarlarının bu albomu almayacaqlarını deyirdi. Rey onun dedikləri ilə razılaşmırdı. O, albom işıq üzü gördükdən sonra pərəstişkarlarının artacağına əmin olduğunu bildirir.

Albom “Modern Sounds in Country and Western Music” - “Milli və Qərb Musiqisinin Müasir Səsləri” adlandı. Albomdakı bütün mahnılar sevildi, lakin ən populyarı bluzun və qaradərililərin kilsə musiqisinin qarışığı olan “I Can’t Stop Loving You” – “Mənin sənə sevgim tükənməzdir” mahnısı oldu.

Rey Çarlz öz musiqi dünyasında yaşayırdı. İlin 6 ayını o, orkestrlə birlikdə konsert turlarına çıxardı, qalan 6 ayını isə Los-Ancelesdə musiqi studiyasında işləyirdi.

Rey Çarlz tez-tez deyərdi ki, musiqi onun damarlarında axan qanıdır. O, həm də deyərdi ki, bir də görmək imkanını musiqisi istedadına dəyişməzdi. Bir dəfə Rey Çarlz belə demişdi: “Korluq mənim əlil olmağım deməkdir, lakin kar olmaq, həyatımın sonu demək olardı.”


Rey Çarlz keşməkeşli həyat yaşadı. Buraya onun narkotik maddələrə aludə olması də daxil idi. O, bir neçə dəfə evlənib boşanmışdı.

Rey Çarlz 12 dəfə Grammy mükafatına layiq görülüb. "Rok-n-Rol" şərəf lövhəsinə düşən ilk musiqiçilərdən olub. Onlarla universitet və hökumətlər onu şərəfləndirib. Reyin bəstəlkədiyi “Ağlımda Corciyadır” mahnısı hazırda Corciya ştatının rəsmi mahnısıdır.


Rey Çarlz 2004-cü il, iyun ayının 10-da 73 yaşında vəfat edib.
XS
SM
MD
LG