Accessibility links

Rey Çarlz - Qaranlığın sədaları [Audio və Fotolar]


Rey Çarlz
Rey Çarlz
Rey Çarlz ömrünün 60 ilini müsiqiyə həsr edib. Dünyada milyonlarla insan onun musiqisindən ilham alıb. Əgər Rey Çarlz təkcə pianoda ifa etsəydi, dünyanın ən yaxşı pianoçusu, əgər yalnız müğənni olsaydı dünyanın ən məşhur müğənnısı, əgər yalnız caz ifacısı olsaydı, ən gözəl caz ustası olardı. Lakin Rey Çarlz bunların hamısını birlikdə nail olmuşdu. O, müxtəlif janrlarda müsiqi - həm rok-n-roll, həm ritmik, həm də bluz mahnıları ifa edirdi. Onun kantri və Qərb musiqi janrında ifa etdiyi milyonlarla valı satılıb.
Rey Çarlzı dinləyin
please wait

No media source currently available

0:00 0:06:34 0:00
Direct link


1930-cu ildə Corcia ştatının Albani şəhərində anadan olan Rey Çarlz Robinson 6 yaşında göz xəstəliyi qlaukomadan əzab çəkməyə başladı. Bu xəstəlik onun qısa zamada kor olmasına səbəb oldu.

Rey Çarlz: “Mən 6-7 yaşlarımda kor olmuşam. Yadımda anamın, atamın üzləri qalıb, yadımda rənglər qalıb. Sadəcə ağ, qara, yaşıl, qəhvəyi, sarı.”

Görmə qabiliyyətini itirdikdən sonra o, səslərə meyl salır. Rey səsləri sevməyi öyrənir – xüsusilə də musiqi sədalarını. Rey Çarlz piano, saksafon, klarnet və digər musiqi alətlərində çalmağı öyrənir. Lakin onun pianoya xüsusi həvəsi var idi.
Bu, onun ““Worried Mind” – “Narahat Beyin” mahnısında hiss etmək olur. Kantri və qərbin qarışığı olan bluz pyesində piano ifasını dinləyərkən, onun bu aləti necə sevdiyini hiss edirsən. "Mənim 12 yaşım var idi, Floridada məktəbə gedirdim. Hər bazar günü qadınların çay ziyafətinə gedir, onlar üçün pianoda çalırdım. Onlar mənə 5-6 dollar verirdilər ki, bu da o vaxt xeyli pul idi. Mən də bir uşaq kimi bu pulu yalnız şirniyyata xərcləyirdim" - deyə, o bildirir.

Rey Çarlzın anası vəfat edəndə onun 15 yaşı var idi. Bundan sonra o, məktəbi tərk etməli, işləməli olur. Bir il sonra o, Amerikanın digər guşəsinə, Vaşinqton ştatının Siatl şəhərinə köçür. Siettldə yaşadığı müddətdə o, valda qırx mahnı yazdırır. Lakin bunların heç biri uğur qazanmır.

Elə həmin vaxt Rey Çarlz məşhur musiqiçi Nat Kinq Koul kimi pianoda çalıb oxumaq qərarına gəlir. Lakin bu təqlid idi və heç kəs hətta yaxşı təqlidi belə dinləmək istəmirdi. Buna görə də Rey özünəməxsus bir musiqi yaratmaq qərarına gəlir və bunun üzərində işləməyə başlayır.

​Rey bluz və cazı qarışdırmağa başlayır və onun improvizasiyaları sonradan “Rock-n-Roll” kimi tanınır. Bundan sonra o, qaradərili amerikalılar arasında populyarlaşır. Onun valları satılmağa başlayır və onları əsasən qara amerikalılar alır. Ağlar arasında isə Rey Çarlzı az adam tanıyırdı.

Bluz haqda fikirlərini paylaşan Çarlz Rey uşaqlıqdan bu musiqi janrına həvəs göstərdyini deyir. "Lap erkən yaşlarımdan bluz musiqisi ilə böyümüşəm. Mənim artıq 5-6 yaşım olanda mən Muddy Watersi dinləyirdim. Bu musiqi 1930-cu illərin sonunda ərsəyə gəlmiş, amma sonradan populyarlaşmışdı."

1950-ci illərin ortalarında Rey Çarlz qadın müğənnilərdən ibarət musiqi qrupu yaradır, Bu qrup afrikalı-amerikalı musiqi qrupları arasında ən populyarına çevrilir.


Rey Çarlzın “What’d I Say?” – “Mən nə deyə bilərəm?” mahnısı Amerika musiqisində əsl inqilab yaradır. “What’d I Say?”-in milyonlarla nüsxəsi satılır.

1950-ci illərin sonunda Rey Çarlz çoxsayda hit yazdırır. Onun musiqisinə yalnız afro-amerikalılar deyil, ağlar da qulaq asmağa başlayır. Lakin Rey bununla kifayətlənmir. O, yenə də dəyişiklik istəyir və yeni axtarışlara başlayır. Bu dəfə yalnız caza üz tutur.

Təhlilçilərin dediyinə görə, onun “Black Coffee” – “Qara Qəhvə”-si ən yaxşı caz əsərlərindən hesab edilir.

Sonralar Rey Çarlz kantri-vestern janrına baş vurur. Bir çoxları həmin vaxt onun bu addımına skeptik yanaşırdılar. Amma Reyin böyük uğuru bu şübhələrin əsassız olduğunu sübuta yetirir.
XS
SM
MD
LG