Accessibility links

Deyvid Lettermeni əvəzləyən Stefen Kolbert diqqəti televiziya və radio şou aparıcısı və prodüsser Rayan Sikrestdən yayındırıb.

celebritynetworth.com veb səhifəsi on illərlə şou aparıcısı olmamasına baxmayaraq Rayanin 250 milyon dollar dəyəri olduğunu və illik gəlirinin 65 milyon dollar olduğunu yazıb. Rayan bu məbləğin 15 milyonunu təkcə American Idol şou proqramını aparmaqla qazanır.

Bir çox media mənbələri onun bu şou proqram və “Today” proqramı ilə bağladığı müqavilələrin hər ikisinin eyni vaxtda, bu ayın sonunda bitdiyini yazır.

Görünür ilk gündən onun American Idol layihəsinə sadiq qalması təsadüf deyil. Amma bu il 40 yaşı tamam olacaq tele-aparıcının karyerasında mühüm qərarlar verəcəyi gözlənilir. Və bu o demək deyil ki, Rayan seçim etməlidir.

Fox tele-kanalında American Idol şousunun rəhbərliyi daha az maaşa yeni aparıcı işə götürməyə qərar verə bilərlər.

American Idol şousunun 14-cü mövsümü yaxınlaşır. Görəsən Rayan proqramı aparmaqda davam edəcək? Hər bir halda Rayandan bu il böyük dəyişikliklər edəcəyi gözlənilir.
XS
SM
MD
LG