Accessibility links

Ermənilərin atəşi nəticəsində Azərbaycanın 2 mülki şəxsi ölüb, 8 nəfər yaralanıb [Audio-Müsahibə]


Ermənilərin atəşi nəticəsində Azərbaycanın 2 mülki şəxsi ölüb, 8 nəfər yaralanıb

Ermənilərin atəşi nəticəsində Azərbaycanın 2 mülki şəxsi ölüb, 8 nəfər yaralanıb

Ağdam Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasının sədr müavini Mənsur Quliyevin Amerikanın Səsinə müsahibəsi

Ermənistan hərbi birləşmələrinin Ağdam rayonunun yaşayış məntəqələrini atəşə tutması zamanı yaralanan mülki şəxslərdən biri vəfat edib.

APA-nın məlumatına görəAğdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmiş Çəmənli kənd sakini, 67 yaşlı Əli Hüseynov günorta saatlarında vəfat edib.

***

Ermənilərin atəşi nəticəsində Azərbaycanın 2 mülki şəxsi ölüb, 8 nəfər yaralanıb

Ermənilərin atəşi nəticəsində Azərbaycanın 2 mülki şəxsi ölüb, 8 nəfər yaralanıb

Yerli vaxtla saat 12.00-yə olan məlumata görə, dünən erməni tərəfinin ağır silahlardan Ağdam rayonunun mülki əhali yaşayan məntəqələrini atəşə tutması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılardan ikisinin durumu çox ağırdır. Bu barədə Amerikanın Səsinə müsahibəsində Ağdam Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasının sədr müavini Mənsur Quliyev bildirib.

Onun sözlərinə görə, artilleriya zərbələri nəticəsində 63 evə ziyan dəyib. 14 ev tam dağılıb, 1 ev yanıb. Əhalinin mal-qarasına, ictimai obyektlərə də ziyan dəyib.

***

Onun sözlərinə görə, aprelin 27-də axşam saat 23-dən başlayaraq aprelin 28-i saat 6-dək Ağdam rayonunun mülki əhali yaşayan kəndləri artileriya atəşinə tutulub. Əsasən Çəmənli, Əfətli, Qaradağlı, Zəngişalı kəndlərinə ciddi ziyam dəyib.

Quliyevin sözlərinə görə, ölən şəxs rayonun Çəmənli kənd sakini Famil Mustafayevdir.

Yaralananlar isə Çəmənli, Əfətli, Qaradağlı, Zəngişalı kəndlərinin sakinləridir.

Bundan başqa, “Qaramal” fermer təsərrüfatında 11 baş inək ölüb, 19 baş inək yaralanıb. Əfətli kəndi ərazisində 17 evə ziyan dəyib, 2 ev tamamilə dağılıb. Çəmənli kəndi ərazisində 3 evə ziyan dəyib, 1 ev dağlıb, 1 avtomobil yararsız hala düşüb, 1 at və 1 inək ölüb. Qaradağlı kəndi ərazisində 27 evə ziyan dəyib, 5 ev dağılıb. Zəngişalı kəndi ərazisində 8 evə ziyan dəyib, 1 ev yanıb, 1 mağaza və 2 ev dağılıb.

Mənsur Quliyev hazırda dəymiş ziyanla bağlı rayon ərazisində komissiyanın işlədiyini bildirib. "Bunlar ilkin məlumatlardır. Tam məlumat dəqiqləşdirləndən sonra veriləcək", o qeyd edib.

XS
SM
MD
LG