Accessibility links

ABŞ səfirliyi: İddialar tamamilə əsassızdır


Amerika səfirliyi
Amerika səfirliyi

“Bu iddialar tamamilə əsassızdır”. Bu barədə Amerikanın Səsinə ABŞ-ın Azərbaycandakı səfirliyindən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin partiyadan kənarlaşdırılmış müavini Razi Nurullayevin bu günki bəyanatına münasibət bildirirərkən deyiblər.

Səfirlik bildirir ki, mütəmadi olaraq müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirilir.

AXCP sədrinin sabiq müavini Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında istefa verdiyi gün Ə.Kərimli ilə aralarında olan dialoqdan danışıb.

“Əli Kərimli məni evinə dəvət etdi. Məni şantaj edərək dedi ki, onda dəqiq məlumat var ki, mən hakimiyyətə işləyirəm və hakimiyyətdə dostlarım var. Dedi ki, ABŞ və Böyük Britaniya səfirliyi ona fakt təqdim etdilər ki, mən dövlətə satılmışam. Demək, ABŞ və Böyük Britaniya səfirliyində ölkəni dinləmə aparatı quraşdırılıb. Necə ola bilər ki, səfirlik məni izləyib və Əli Kərimliyə belə hesabat verib? Əslində isə mənim ABŞ və Böyük Britaniya səfirliyi ilə çox yaxşı münasibətim olub. Əli Kərimli mənə dedi ki, məni azad edəndən sonra ABŞ səfirliyində görüşə gedəcək və həmin gün də orda olub. Mən satqınlıq məfhumunu qəbul etmirəm”, Nurullayev qeyd edib.

XS
SM
MD
LG