Accessibility links

Futbolda penalti zərbələrinə elmi baxış [Video]


Futbolda penalti zərbələrinə elmi baxış
please wait

No media source currently available

0:00 0:02:40 0:00

1994-cü il dünya futbol çempionatının final oyununda Roberto Baccionun qapıdan keçirə bilmədiyi penalti zərbəsi İtalyanların Braziliyaya məğlub olmasına səbəb oldu.

Futbol komandalarının psixoloqları və strateqləri uzun müddət oyunçu və qapıçının emosiyaları haqda araşdırma apararaq güclü və zəif məqamları müəyyən etməyə çalışıblar.

Bet Universitetinin idman üzrə alimi Ken Bray deyir ki, uğurlu zərbə qapıçının maksimum çata biləcəyi nöqtənin xaricini hədəf almalıdır.

Ken Bray: Əgər topu qapıçının maksimim çata biləcəyi nöqtənin xaricinə vursan, demək olar ki 100 faiz uğurlu olacaqsan.

Araşdırmalar göstərir ki, qapıya vurulan zərbələrin 50 faizinin qarşısı alınıb. Ancaq qarşısı alına bilməyən nöqtəyə vurulan topların 80 faizi demək olar ki uğurlu alınıb.

“Qol vurmağın yolları” kitabının müəllifi Bray deyir ki, həyəcan hissi probleminə görə komandanın məşqçisi ilk zərbəni ən sərrast oyunçuya verilməməlidir.

Ken Bray: Ən az təcrübəsi olan oyunçunun birinci, ən çox təcrübəsi olan oyunçunun isə axırıncı topu vurması ilə yaxşı nəticə əldə etmək olar.

Oyunçular bununla razılaşır və əlavə edir ki, topu vurmağa hazırlaşarkən fikrini də dəyişməmək də əhəmiyyətlidir.

Li Smit: Bugünkü taktika topu sağ ayağım istiqamətində qoyub, ela o istiqamətdə də vurmaqdır.

Bununla yanaşı, qapıçılar da oyunçuların fikirlərini yayındırmağa çalışırlar.

Nik Krouçer: Oyunçu yaxınlaşdığı vaxt top mənim əlimdə olur. Onlar gəlib topu götürməlidirlər. Onlar geri, penaltı nöqtəsinə gedəndə, mən bir balaca irəli çıxıram. Beləliklə hakim mənə xəttin üzərinə keçməli olduğumu xatırladır. Bu yolla oyunçunun fikrini yayındırıram.

Ken Bray deyir ki, məşqçilər penalti zərbələri üçün könüllü olaraq oyunçu seçməməlidir. Əslində hansı oyunçunun əsəblərinə daha yaxşı hakim olduğunu müəyyən etməlidir.

XS
SM
MD
LG