Accessibility links

Ərəb dövlətləri Suriya ilə bağlı sükutlarını pozdular

  • Asgar Asgarov

Ərəb dövlətləri Suriya ilə bağlı sükutlarını pozdular

Ərəb dövlətləri Suriya ilə bağlı sükutlarını pozdular

Dünən 26 nümayişçinin öldürülməsindən sonra, körfəz Ərəb dövlətləri Suriyada cərəyan edən qanlı olaylarla bağlı sükuta son qoyublar.

Altı üzvlük Körfəz Əməkdaşlıq Şurası bu gün yaydığı bəyanatda zorakılıqlara dərhal son qoyulmasına və islahatlar aparılmasına çağırıb. Bloka Bəhreyn, Küveyt, Oman, Qatar, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Qurumun bəyanatı ABŞ, Fransa və Almaniyadan Suriya xalqına dəstək və prezident Bəşar əl-Əsəd hökumətinə əlavə təzyiqlərin mühümlüyü ifadə olunmasından sonraya təsadüf edir. Ağ Evin cümə günü açıqladığı məlumatda deyilir ki, prezident Barak Obama Suriyadakı vəziyyəti fransız və alman həmkarları ilə müzakirə edib. Hər üç lider Suriya xalqına qarşı davam edən zorakılıqları pisləyib.

Dünən, Ramazan ayının ilk cüməsində, on minlərlə suriyalı hökumətə qarşı nümayiş keçirib. Nümayişlər Dəməşq, Homs, Dəra, Deir əl-Zur və başqa şəhərlərdə baş verib.

Bu arada hərbi basqılarla üzləşən Həma şəhərindən əlavə məlumatlar daxil olmaqdadır. Şəhərdəki siyasi fəal Amerikanın Səsinə bildirib ki, cümə günü hökumət qüvvələri fəalların evlərinə hücum edərək bir çox adamları həbs etmiş və ya öldürmüşlər. Amma, onun sözlərinə görə, basqılara baxmayaraq Həmada hökumət əleyhinə nümayiş keçirilib.

XS
SM
MD
LG