Accessibility links

Ərəb Liqası müşahidəçilərin Suriya ilə bağlı hesabatını müzakirə edəcək

  • Amerikanın səsi

Ərəb Liqası müşahidəçilərin Suriya ilə bağlı hesabatını müzakirə edəcək

Ərəb Liqası müşahidəçilərin Suriya ilə bağlı hesabatını müzakirə edəcək

Ərəb Liqası Suriyaya göndərilmiş monitorinq missiyasının yekun hesabatını müzakirə etmək üçün xarici işlər nazirlərinin iclasının keçiriləcəyini bildirib.

Keçən il dekabrın 26-dan Suriyada olan monitorinq missiyası hökumətin nümayişlərin dağıdılmasına son qoymaq haqda vədinə əməl edib-etmədiyini müəyyənləşdirir. Suriyanın insan hüquqlarını müdafiə qrupları prezident Bəşar Əl-Əsədin müşahidiçələri aldatdığını və somn həftələr müxalifətə qarşı hücumları artırdığını bildirir.

Ərəb Liqasının bildirdiyinə görə, müşahidəçilərin yekun hesabatı şənbə günü Suriya üzrə xüsusi komissiyada müzakirəyə çıxarılacaq, bazar günü isə Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə iclasda müzakirə ediləcək.

XS
SM
MD
LG