Accessibility links

Ərəb liqası bu gün Qahirədə toplantı keçirib

  • Amerikanın səsi

Ərəb liqası bu gün Qahirədə toplantı keçirib

Ərəb liqası bu gün Qahirədə toplantı keçirib

Ərəb liqası bu gün Qahirədə toplantı keçirib, Liviyadakı durumu nəzərdən keçirib. Qurum Qəzzafi ordusunun rəqib döyüşçülərə havadan hücumuna mane olmaq üçün uçuşlara yasaq zona yaradılması məsələsini müzakirə edib. Liviyanın təmsilçisi yığıncaqdan kənarlaşdırılıb. Dünən Liviyadakı durumla bağlı ABŞ dövlət baçısı Barak Obama bildirib ki, Amerika müttəfiqləri ilə bərabər Liviya lideri Müəmmar Qəzzafini cilovlamağa çalışır. Prezident Qəzzafinin opponentlərinə qarşı hücumlarına cavab vermək üçün bütün variantların nəzərdən keçirildiyini bəyan edib. Dünən Avropa İttifaqının liderləri Brüsseldə Liviyanın müxalif Milli Şurasına qanuni siyasi status verilməsində razılıq əldə edib. Lakin qurum Fransa kimi şuranın diplomatik cəhətdən tanındığını bildirməyib.

XS
SM
MD
LG