Accessibility links

Ərəb Liqası fələstinlilərin qərarını dəstəkləyib

  • Amerikanın səsi

Ərəb Liqası fələstinlilərin qərarını dəstəkləyib

Ərəb Liqası fələstinlilərin qərarını dəstəkləyib

Ərəb Liqası fələstinlilərin Israil İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisi dayandırmayınca, İsraillə birbaşa danışıqlara daxil olmayacaqları qərarını dəstəkləyib

Ərəb Liqası fələstinlilərin Israil İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisi dayandırmayınca, İsraillə birbaşa danışıqlara daxil olmayacaqları qərarını dəstəkləyib. Birliyin xarici işlər nazirləri Liviyada keçirdikləri iclasdan sonra bildirib ki, ABŞ vasitəçilərinə İsraili inşaat planının dayandırılmasına razı salmaları üçün bir ay möhlət verilib. Bu səy müsbət nəticə verməsə, nazirlər prezident Mahmud Abbasın alternativ təkliflərinin müzakirəsi məqsədi ilə yenidən görüşəcəkləri barədə razılığa gəliblər. Israil nazirlərin qərarını alqışlayıb. ABŞ Dövlət departamentinin sözçüsü Fillip Krouli deyib ki, Vaşington ABŞ-ın səylərini dəstəklədiyinə görə Ərəb Liqasına minnətdarlığını bildirir.

XS
SM
MD
LG