Accessibility links

Ərəb Liqası Qətərdə Suriya böhranının həlli məqsədi ilə görüş keçirib


Ərəb Liqası Qətərdə Suriya böhranının həlli məqsədi ilə görüş keçirib
Ərəb Liqası Qətərdə Suriya böhranının həlli məqsədi ilə görüş keçirib

Ərəb Liqası Qətərdə Suriya böhranının həlli məqsədi ilə görüş keçirib. Misir, Əlzəzair,Sudan və Omanın xarici işlər nazirləri keçən həftə təxirə salınan görüşdən sonra yenidən bir araya gəlib.Qurumun baş katibinin müavini Əhməd Ben Helli müzakirələrin müsbət nəticə verəcəyinə nikbinliklə yanaşdığını bildirib.

Dünən Suriya fəalları bu gün Homs şəhərində keçirilən aksiyada 200 min nümayişçinin iştirak etdiyini bildirir. 9 aylıq etirazların mərkəzi olan bu şəhərdə keçirilən ən böyük nümayiş zamanı 17 nəfər öldürülüb. Suriyanın Londonda yerləşən İnsan Hüquqları Müşahidəçi qrupunun bildirdiyinə görə, təhlükəsizlik qüvvələri nümayişçiləri atəşə tutub. Bir nəfər həlak olub, iki uşaq yaralanıb.Qrup Dər Əl-Zur şəhərində də nümayişçilərə atəş açıldığını bildirir. Tələfat barədə məlumat verilmir.

XS
SM
MD
LG