Accessibility links

Ərəb Liqası İranı ərəb ölkələrinin daxili işlərinə qarışmamağa çağırır


Ərəb Liqası İranı ərəb ölkələrinin daxili işlərinə qarışmamağa çağırır

Ərəb Liqası İranı ərəb ölkələrinin daxili işlərinə qarışmamağa çağırır

Ərəb Liqası hesab edir ki, İran ərəb ölkələri ilə ixtilafını təhdid və zorakılıq yolu ilə yox, dinc danışıqlar yolu ilə aradan qaldırmalıdır.

Ərəb Liqası xarici işlər nazirlərinin sentyabrın 13-ü Qahirədə keçirilən yığıncağında İranın ərəb ölkələrinə qarşı siyasətini pisləyən birgə bəyanat qəbul edilib.

“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir ki, İran qonşu ərəb ölkələrinin daxili işlərinə müdaxiləyə son qoymalıdır: “Biz İran rəsmiləri və mediasının Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı təhrikçi çıxışlarının davam etməsindən ciddi narahatlığımızı bildiririk.

İran rəsmiləri və mediasının ərəb qonşularına qarşı ardıcıl təhrikçi çıxışları qonşularla dinc yanaşı yaşamaq prinsiplərinə, BMT qanunlarına və İslam Konfransı Təşkilatı qanunlarına ziddir. İran rəsmiləri və mediası ərəb ölkələrinə qarşı bu siyasətini dayandırmalıdır. Çünki İranın bu siyasəti onunla ərəb qonşuları arasındakı qarşılıqlı əlaqələrin inkişafına, bölgədə sabitliyin bərqərar olunmasına yardım etməyəcək. İran ərəb ölkələri ilə ixtilafını təhdid və zorakılıq yolu ilə yox, dinc danışıqlar yolu ilə aradan qaldırmalıdır”.

Körfəz Əməkdaşlıq Şurasına Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman daxildir.

XS
SM
MD
LG