Accessibility links

Ərəb Liqası: Suriya hökumətinin siyasi kursunda dəyişiklik etmək fikri yoxdur


Ərəb Liqası: Suriya hökumətinin siyasi kursunda dəyişiklik etmək fikri yoxdur

Ərəb Liqası: Suriya hökumətinin siyasi kursunda dəyişiklik etmək fikri yoxdur

Ərəb Liqasının Suriya məsələri üzrə komitə sədri deyib ki, prezident Bəşar Əl-Əsəd hökumətinin yürütdüyü kursda dəyişiklik etmək fikri yoxdur.

Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klintonla birgə keçirdiyi mətbuat konfransında Qətərin baş naziri Şeyx Həməd bin Cassim Əl-Taninin sözlərinə görə, Suriya mülki vətəndaşlara qarşı zoralığı dayandırmaq və məhbusları azad etmək barədə götürdüyü öhdəliyə əməl etməyib.

Dünən isə Suriya prezidenti Bəşar əl-Əsəd minlərlə tərəfdarına deyib ki, onun hökuməti “konspirasiya” üzərində qələbə çalacaq. Konspirasiya dedikdə, Əsəd 10 aydır höklumət əleyhinə vüsət almış etiraz dalğasına istinad edib.

Paytaxt Dəməşqdə təşkil olunan hökumətpərəst tnümayişdə çıxış edən Əsəd nümayişçilərdən güc aldığını deyib. Mitinqin təşkili Əsədin televiziya ilə xalqa müraciətində “terrorçuları dəmir yumruqla” hədələməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG