Accessibility links

Ərəb Liqası Suriyanın mandatını aldı

  • Amerikanın səsi

Ərəb Liqası Suriyanın mandatını aldı

Ərəb Liqası Suriyanın mandatını aldı

Ərəb Liqasının üzvləri Suriyanın qurumdakı fəaliyyətini dayandırmağa qərar veriblər. Bəşar əl-Əsəd hökuməti liqa ilə razılaşdırılmış sülh planını icra etməyincə Dəməşq Ərəb Liqasının tədbirlərindən kənarda saxlanılacaq.

Qatar baş naziri və Ərəb Liqasının sədri Həmad bin Yassim əl-Tani deyib ki, Suriya 22 üzvlük qurumda üzcvlüyünü saxlayaır , amma qüvvələri küçələrdən yığışdırmalı, siyasi məhbusları azad etməli və müxalifətlə dialoq başlamalıdır.

Nümayişçilər liqanın Qahirədəki baş qərargahı qarşısına toplaşaraq nazirləri Suriyanı üzvlükdən xaric etməyə səsləyirdilər.

Human Rights Watch və müxalifət fəalları dünən oxşar müraciətlə çıxış etmişdilər.

Bu arada fəallar Suriya təhlüksəizlik qüvvələrinin təkcə dünən 26 nümayişçini öldürdüklərini xəbər verirlər.

XS
SM
MD
LG