Accessibility links

Ərəb Liqası Suriyaya qarşı sanksiyaları təsdiqləyib

  • Amerikanın səsi

Ərəb Liqası Suriyaya qarşı sanksiyaları təsdiqləyib

Ərəb Liqası Suriyaya qarşı sanksiyaları təsdiqləyib

Ərəb Liqası Suriyanın 19 rəsmisinin bank hesablarının dondurulması və onlarən ərəb ölkələrinə səfərlərinə qadağa qoyulmasına dair qərar çıxarıb.

Bu gün Qətərin paytaxtı Dohada iclasdan sonra Ərəb Liqasının sülh prosesi komitəsinə sədrlik edən Qətərin Xarici İşlər naziri Şeyx Əhməd bin Yassim Əl-Səni deyib ki, nümayişlərin hərbi qüvvə tətbiq edilməsilə yatırılmasına son qoymaq üçün Dohada sənədə imza atmaq üçün Dəməşqə bazar gününə qədər vaxt verib.

Bu gün Suriyanın Xarici İşlər nazirliyi BMT-nin Suriyanı qınayan qətnaməsini pisləyib və BMT-nin İnsan Hüquqları Şurasını məsələni siyasiləşdirməkdə ittiham edib. Suriyanın dövlətə məxsus mediası xarici işlər nazirliyinin rəsmisinə istinadən, şuranın Suriya hökumətinin məsələyə aydınlıq gətirmək məqsədilə təqdim etdiyi sənədləri bilərəkdən rədd etdiyi haqda məlumat verib.

Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden bu gün İstanbulda Türkiyənin Suriyada repressiyalara son qoymaq üçün atdığı addımları alqışlayıb. O, dünya ölkələri liderlərinin Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyətdən getməsi çağırışlarına qoşulub.

XS
SM
MD
LG