Accessibility links

Ərəb Liqası Suriyaya yeni sanksiyaları qəbul edib


Ərəb Liqası Suriyaya yeni sanksiyaları qəbul edib
Ərəb Liqası Suriyaya yeni sanksiyaları qəbul edib

Ərəb Liqası xarici işlər nazirləri dünən Suriyaya qarşı presedenti olmayan sanksiyalar qəbul edib. Bu səbəb rəsmi Dəməşqin Liqanın müşahidəçilərini ölkəyə göndərməsi barədə planını qəbul etməmə olub.

Plana görə, hökumət əleyhdarı nümayişçilərə qarşı qanlı zorakılıqların qarşısının alınması məqsədi ilə Ərəb Liqasının mühahidəçiləri ölkəyə getməli idilər.

Qahirədə keçirilən toplantının ardınca Qətər xarici işlər naziri Həməd bin Cassim bin Caber Əl-Tani deyib ki, Ərəb Liqasının 22 üzvündən 19-u artıq qurumdan xaric edilmiş Suriyaya sanksiyalar tətbiq etməyin lehinə səs verib. İraq və Livan bitərəf qalıb.

Sanksiyalara Suriya liderlərinin Ərəb dövlətlərindəki bank hesablarının dondurulması, Suriya mərkəzi bankı ilə əlaqələrin kəsilməsi, Suriyanın ali rəsmilərinin səfərinə qadağa, o cümlədən investiya və Dəməşqlə ticarətə son qoymaq daxildir.

XS
SM
MD
LG