Accessibility links

Ərəb Liqasının müşahidəçi qrupu Suriyaya səfər edir (Yenilənib)

  • Amerikanın səsi

Ərəb Liqasının müşahidəçi qrupu Suriyaya səfər edir (Yenilənib)

Ərəb Liqasının müşahidəçi qrupu Suriyaya səfər edir (Yenilənib)

Ərəb Liqasının müşahidəçi qrupu Suriyanın Homs şəhərində təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı zorakıqları dayandırmasını təminat altına almaq və siyasi məhbusları azad etmək üçün ölkəyə səfər edir. İnsan haqları müdafiəçiləri son günlərdə hökumət qüvvələrinin etirazçılara qarşı hücumları artırdığını, lakin müşahidəçilərin şəhərə gəlməsindən bir az əvvəl tankların bir qisminin şəhəri tərk etdiyini deyirlər.

Baş qərargahı Londonda yerləşən Suriya İnsan Haqları Qrupunun bildirdiyinə görə, hərbi qüvvələırin 30 nəfəri qətlə yetirməsindən bir gün sonra, bu gün 70 minə yaxın etirazçı Homsda yenidən bir araya gəlib.

Ərəb Liqasına daxil olan səkkiz dövlətin müşahidəçilərinin bu gün Suriyanın İdlib, Həma və Dəra də daxil edilməklə, digər şəhərlərinə gedəcəkləri deyilir.

XS
SM
MD
LG