Accessibility links

Ərəb Liqası Suriyadakı zorakılıqlara son qoyulmasına çağırdı


Ərəb Liqası Suriyadakı zorakılıqlara son qoyulmasına çağırdı
Ərəb Liqası Suriyadakı zorakılıqlara son qoyulmasına çağırdı

Ərəb Liqası deyir ki, qurumun baş katibi Suriyada cərəyan edən zorakılıqlara son qoyulması yollarını aramaq üçün həmin ölkəyə səfər edəcək.

Ərəb bloku təşəbbüsü bazar günü Qahirədəki görüşdən sonra açıqlayıb. Nabil Əlarabinin Dəməşqə nə vaxt gedəcəyi aydın deyil. Qəbul etdiyi bəyanatda Ərəb Liqası “nə qədər ki, gec deyil” qan-qadaya son qoyulmasına çağırıb.

Rəsmi Dəməşq dərhal Liqanın bəyanatını rədd edərək onu "qeyri-mövcud" hesab etdiyini bildirib.

Türkiyə prezidenti Abdullah Gül bəyan edib ki, Ankara Suriyaya etimadını itirib. Cənab Gülə istinad edən Anadolu xəbər agentliyi bildirib ki, hadisələr artıq o nöqtəyə çatıb ki, Suriya hökumətinin atacağı addımlar kifayət etməyəcək.

Bu arada Suriya dövlət xəbər agentliyi SƏNA bildirir ki, Bəşar əl-Əsəd yeni media qanununa imza atıb. Yeni qanuna əsasən Suriyada müstəqil media qurumları fəaliyyət göstərə bilər və yerli jurnalistlərə müstəqil şəkildə fəaliyyət göstərməyə icazə verilir.

XS
SM
MD
LG