Accessibility links

Ərəb Liqasının rəhbəri Suriyaya gedəcək

  • Amerikanın səsi

Ərəb Liqasının rəhbəri Suriyaya gedəcək

Ərəb Liqasının rəhbəri Suriyaya gedəcək

Ərəb Liqasının rəhbəri Suriyanın onu qəbul etməyə razılıq verdiyini deyir. Siyasi qarşıdurmanın sərt xarakter aldığı ölkəyə səfərin qarşıdan gələn həftə baş tutacağı güman edilir.

Ərəb Liqasının baş katibi Nabil Elarabi Qahirədən bəyan eib ki, Suriya hökuməti onun səfərini alqışladığını bildirib. O, bu səfərdə Suriya liderlərinə ölkədə baş verən zorakılqaırdan ərəb icmasının narahatlığını çatdıracağını və Suriya rəhbərlərinin mövqeyinə qulaq asacağını bildirib.

Bir həftə bundan öncə Dəməşq Ərəb Liqasının zorakılıqlara son qoyulması haqda çağırışını rədd etmişdi.

BMT mart ayında Suriyada nümayişlər vüsət alandan bəri Suriya hökumət qüvvələrinin azı 2200 adam öldürdüyünü təxmin edir.

XS
SM
MD
LG