Accessibility links

Ərəb Liqasının Kofi Annan planını dəstəkləyəcəyi gözlənilir

  • Amerikanın səsi

Ərəb Liqasının xarici işlər nazirlərinin BMT-nin xüsusi nümayəndəsi Kofi Annanın Suriya böhranına dair planını dəstəkləyəcəkləri gözlənilir. Prezident Bəşər əl-Əsəd hökuməti təklifi dünən qəbul edb.

Xarici işlər nazirləri sabah ərəb liderlərinin İraqın paytaxtı Bağdadda keçirəcəkləri zirvə görüşündə təhlükəsizliyin təmin edilməsi barədə danışıqlar aparmaq üçün görüşüblər. Ərəb Liqası ötən il cənab Əsədin hökuməti zorakılıqları dayandırmadıqdan sonra Suriyanı üzvlükdən çıxarıb.

Qərb diplomatları və Suriya müxalifət qüvvələri Əsəd hökumətinin cənab Annanın atəşikəs planını qəbul etməsini skeptisizmlə qarşılayırlar. Onlar hökumət qüvvələri ilə usyançılar arasında mübarizənin davam etdiyi bir vaxt Əsədin belə bir təklifi səmimi qəbul etməsinə bel bağlamırlar.

XS
SM
MD
LG