Accessibility links

Robin Uillyamsın dünya boyu pərəstişkarları aktyorun xatirəsini anır


Komediya ustası Robin Uillyamsın dünya boyu pərəstişkarları aktyorun xatirəsini anır. 63 yaşl ulduzun bazar ertəsi San Fransisko yaxınlığındakı evində intihar etdiyi ehtimal edilir. Mayk Osullivan Hollivudda Uillyamsa həsr edilmiş şərəf alleyasında toplaşan pərstişkarlarla söhbət edib.

Dünyanın müxtəlif ölkələrindən ziyarətçilər Robin Uillyamsın da ulduzu həkk edilmiş şərəf alleyasında olub.

Mayk Dostunun bölüşdüyü faciəli xəbəri şokla qarşılayıb.

Pərəstişkar Mayk Ravizza:

“Mən elə bildim ki, bu zaraftdır, kimsə zarafat edir. Bu ola bilməz.”

Xəbər yayıldıqdan sonra pərəstişkarları aktyorun karyerasına nəzər salır. Pərəstişkarlardan biri Melinda Martinezdir.

“O, istedadlı aktyor və komediya ustası idi. Hər kəs kimi olduqca kədərləndim. Dünən özümə gələ bilmirdim.”

Uillyams şöhrət zirvəsinə 30 il əvvəl yüksəlib.

Bir çoxları Uillyamsın çəkildiyi filmlərlə böyüyüb. Bunlardan biri Yeni Zellandiyadan Daniyel Hammonddur.

“O,Uşaqlığımın bir hissəsi idi. “Jumanji” filmini çox sevirdim. Onu itirməyimizə çox məyus oldum.”

Texaslı Çarlin Hodaşell onun yumor hissini sevdiyin deyir.

Çarlin Hodaşell

“Hər kəsi güldürməyi, problemlərini unutdurmağı bacarırdı.”

Con Linvill onun spontanlığını sevirdi.

Con Linvill: “Olduqca cəld, hazırcavab idi. Hər cür məzəli ideya ağlına gəlirdi.”

Aktyor ciddi roldakı ifasına görə Oskar mükafatına layiq görülüb.

“Robin Williams in 'Good Will Hunting."

Bəzi pərəstişkarları aktyorun komik rollardakı ifasını bəyənir. Almaniyalı ziyarətçi Anceli Hoffmen.

“Adamın keyfini açacaq, insanların xatirəsində qalacaq rollar yaradan az sayda komik aktyor var.”

Robin Uillyams milyonlarla insanı güldürməyi bacaran aktyor kimi daim xatirələrdə yaşayacaq.

XS
SM
MD
LG