Accessibility links

Rəcəb Tayyib Ərdoğanın maşın karvanına hücum edilib


Rəcəb Tayyib Ərdoğanın maşın karvanına hücum edilib

Rəcəb Tayyib Ərdoğanın maşın karvanına hücum edilib

Türkiyənin şimal qərbində baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi nümayişdən sonra baş verən qumbara partlayışında bir polis zabiti ölüb, başqa birisi isə yaralanıb.

Kastamonu şəhərində cənab Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasından rəsmilərinin olduğu avtobusu müşayiət polis maşınına naməlum silahlı şəxslər hücum edib. Hücumçular maşına qumbara atdıqdan sonra onu avtomatdan atəşə tutaraq alovlandırıb.

Hücum baş verərkən baş nazir artıq nümayişi helikopterdə tərk edərək yaxınlıqdakı Amasya qəsəbəsinə yolanmışdı. Amasyada çıxış edən cənab Ərdoğan hücumuı “separatist” adlandırıb.

XS
SM
MD
LG