Accessibility links

Rəcəp Tayyib Ərdoğan İsrailin konvoy üzvlərini qətlə yetirdiyi üçün cəzalandırılmalı olduğunu deyib


Cənab Ərdoğan bu qətllərin beynəlxalq qanuna zidd və dünya boyu sülhə təhlükə olduğunu demişdir

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan İsrailin Qəzza Zolağına yardım daşıyan konvoy üzvlərini qətlə yetirdiyi üçün cəzalandırılmalı olduğunu deyib. Bu gün qanunvericilər qarşısında etdiyi ehtiraslı çıxışda cənab Ərdoğan bu hücumu “qanlı qırğın” adlandırmış və belə bir hücumun terror aktı olduğunu demişdir. O demişdir ki, bu qətllər beynəlxalq qanuna zidd və dünya boyu sülhə təhlükədir. Cənab Ərdoğan eləcə də, bunun insanlığa qarşı olduğunu deyərək, İsraili təcili olaraq Gəzzaya qarşı blokadanı götürməyə çağırmışdır. Baş nazir İsraili Türkiyənin səbrini tükəndirməməyə çağırıb. Cənab Ərdoğan beynəlxalq ictimaiyyəti İsraili tənbeh edən addımlar atmağa çağırmış və bu gün ABŞ prezidenti Barak Obama ilə bu məsələni müzakirə edəcəyini bildirmişdir.

XS
SM
MD
LG