Accessibility links

Ərdoğan Suriya prezidentini hakimiyyətdən getməyə çağırdı


Ərdoğan Suriya prezidentini hakimiyyətdən getməyə çağırdı
Ərdoğan Suriya prezidentini hakimiyyətdən getməyə çağırdı

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Suriya prezidenti Bəşar Əl-Əsədi hakimiyyətdən getməyə səsləyib.

Bu gün televiziyada çıxışı zamanı cənab Ərdoğan deyib ki, bir zamanlar yaxın müttəfiq olan cənab Əsəd öz xalqı və bölgənin rifahı naminə daha artıq qan tökülməməsi üçün hakimiyyətdən getməlidir.

Bu, regionda qüdrətli dövlət olan Türkiyədən Suriya liderinə ilk istefa çağırışıdır. Rəsmi Ankara nümayişlərin qəddarcasına dağıdılması ilə əlaqədar Suriyada hökumətinə yönəlmiş tənqidləri artırmışdır.

İki ölkə arasında münasibətlər Suriyada Həccdən gələn Türkiyə zəvvarlarının atəşə tutulmasından sonra gərginlik daha da artmışdır. Hücum zamanı iki türk vətəndaşı yaralanmışdır.

Eyni zamanda, Suriyanın BMT-dəki xüsusi nümayəndəsi Baş Assambleyanın insan hüquqları komitəsinin müxalifətin səkkiz aydır sürən nümayişlərinin dağıdılmasını qınayan qətnaməsini kəskin tənqid edib. Səfir Bəşar Cəfəri deyib ki, Almaniya, Britaniya və Fransa tərəfindən hazırlanan sənəd Suriyaya qarşı siyasi və dioplomatik müharibənin elan edilməsi deməkdir.

BMT-nin Baş Assambleyasının insan hüquqları komitəsi sənədi bu gün səsverməyə qoymalıdır.

XS
SM
MD
LG