Accessibility links

Ronald Reyqan: Sovet İttifaqının süqutuna kömək etmiş lider

  • Amerikanın səsi

Ronald Reyqan: Sovet İttifaqının süqutuna kömək etmiş lider

Ronald Reyqan: Sovet İttifaqının süqutuna kömək etmiş lider

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın anadan olmasının 100 illiyi qeyd edilir

Fevralın 6-ı ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın anadan olmasının 100 illiyi qeyd edildi. Prezident Reyqan Sovet İttifaqı ilə gərginliyin aradan qaldırılmasına kömək edən bir lider kimi yadda qalmışdır.

Böyük siyasəyə gəlməzdən əvvəl Ronald Reyqan Hollivud aktyoru kimi tanınırdı. 1980-ci ildə ABŞ prezidenti seçilməsi onun beynəlxalq siyasi arenada tanınmasına yol açdı.

Cənab Reyqan Berlin divarı önündə Sovet İttifaqının lideri Mixail Qorbaçova belə müraciət etmişdi.

“Cənab Qorbaçov bu divarı sökün.”

Prezidentlərin tərcüməyi-halını yazan müəllif Riçard Rivs deyir ki, Ronald Reyqan Sovet İttifaqını başa düşməkdə mühüm rol oynayırdı.

“Kommunizm olduğu şəkildə qala bilmirdi və onun prezident seçilməsindən əvvəl Amerika siyasətinin əsasında kommunizmin qarşısını almaq dururdusa, indi onunla qarşıdurma zamanı gəlib çatmışdı. Bu isə onun ən cəsarətli arzularını belə ötüb keçirdi.”

Lakin Reyqan administrasiyası silah embarqosu altında olan İrana gizli silah satışı ilə bağlı İran-Kontra qalmaqalına düşdü. Reyqan administrasiyasının üzvləri satışlardan əldə edilən gəlirlərin bir hissəsini Nikaraquada üsyançılara ötürürdü.

ABŞ prezidentlərinin tarixini tədqiq edən Maykl Genovese deyir ki, bu, administrasiyaya ləkə gətirmişdi.

“Bütün prezidentlər yaxşı, ya da pis irs qoyub gedir. Reyqan Sovet İttifaqının süqutuna kömək etmişdi. O, Amerikaya yenidən “gözəl sabah” vermişdi. Lakin o həm də ölkəyə böyük borc gətirən bir prezident olub. O, prezidentliyə gələndə biz dünyanın ən böyük kredit verən ölkəsi idik. Onun prezidentliyinin sonunda isə biz ən böyük borcu olan bir ölkəyə çevrildik. Hələ də bundan çıxa bilmirik.”

Tədqiqatçı-alim Robert Rouland deyir ki, cənab Reyqan güclü əqidəyə və prinsiplərə malik bir insan idi.

“Amma onda bir praqmatiklik də var idi. O, güzəştə getməyi bacarırdı. O istədiyi şeyə nail olmaq və başqa tərəflə işləyə bilmək bacarığına malik idi.”

Cənab Reyqan mühafizəkarlardan ibarət koalisiya yaratmışdı. Lakin Rounald deyir ki, o, müasir mühafizəkarlarla göz-gözə gələ bilməzdi.

“Onlar onu hökumətə müxalif bir insan kimi görür, lakin o belə bir irs qoyub getməyib. O, hökumətin özü deyil, onun genişlənməsini dayandırmışdı. O, hökumətdə islahatlar aparmağa çalışırdı. O heç şübhəsiz, Çay partiyasına mənsub respublikaçı deyildi.”

Təhlilçilər deyir ki, cənab Reyqanın ən güclü tərəfi onun liderliyi başa düşməsi və amerikalılarla təmas qurmağı bacarması idi.

XS
SM
MD
LG