Accessibility links

Reyqanın tərcüməçisi onun Mixail Qorbaçovla görüşləri haqda xatirələrilə bölüşür

  • Amerikanın səsi

Dmitri Zareçnyak prezident Ronald Reyqan və Sovet İttifaqının lideri Mixail Qorbaçov arasında danışıqlarda tərcüməçi olub

Dmitri Mixayloviç Zareçnyak uzun illərdir ABŞ Dövlət Departamentində baş tərçüməçi vəzifəsində çalışıb. ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın andan olmasının 100 illiyi münasibətilə Amerikanın səsinin rus xidməti onunla müsahibə keçirib. Dmitri Zareçnyak cənab Reyqanla bağlı təəssüratları ilə bölüşüb.

Sergey Moskalyov:Fevralın 6-ı Ronal Reyqanın anadan olmasının 100 illiyi qeyd edildi. Siz bir neçə il prezident Reyqanın tərçüməçisi işləminisiniz. Onun hansı cəhətlərini daha çox bəyənirdiniz?

Dmitri Zareçnyak: O, çox düzgün və mərhəmətli bir insan idi. Yadda qalan əsas cəhətlər də bunlardır.

Sual: Siz prezidentlər Riçard Nikson, Bil Klinton və Corc Buşla işləmisiniz. Ronald Reyqanı başqa prezidentlərdən fərqləndirən hansı cəhətləri qeyd edə bilərsiniz?

Cavab: Mən ən uzun müddət prezident Reyqanla işləmişəm. Niksonla bağlı təəssüflə onu demək istəyirəm ki, onunla işləmək asan deyildi; o da, Kissincer də ətrafdakılara o qədər inam bəsləmirdilər, ona görə də mənim Dövlət Departamentində həmkarlarımın da onlar haqda təəssüratları o qədər yaxşı deyil. Klintona və Buşa gəldikdə isə, onlarla bağlı çox yaxşı xatirələrim var. Onlar Niksonun əksi olaraq, olduqca xoş xasiyyətli insanlar idi.

Sual: Ronald Reyqanın işə münasibətdə xüsusi bir yanaşma tərzini qeyd edə bilərsinizmi?

Cavab: İlk olaraq onun ədalət istəyini, insan hüquqlarını müdafiə etmək istəyini qeyd etmək istəyirəm. O bu məsələləri diqqətdə saxlayırdı. Reyqan Klinton kimi intellektual deyildi, amma azadlığın dəstəklənməsinə çox qəti və səmimi şəkildə inanırdı. Bunu onun işə əsas yanaşma tərzi kimi göstərmək olar.

Sual: Reyqan sizin valideynlərinizin vətəni olan Rusiyada yenidənqurma dövrü başlayan zaman prezident olmuşdu. Ronald Reyqan Qorbaçovla görüşmüşdü. Ən mürəkkəb danışıqlar hansı idi?

Cavab: Ən mürəkkəb danışıqlar Reykyavikdə keçirildi. Elə təəssürat yaranmışdı ki, tərəflər, yəni həm Reyqan, həm Qorbaçov nüvə silahlarının bütünlüklə məhv edilməsi qərarına gəlib. Amma əslində belə deyildi. Mövzu mürəkkəb idi, onların hər biri öz mövqeyini müdafiə məsələləri üzrə müşavirlər və mütəxəssislərin hazırladığı qeydlərə əsasən ifadə edirdi. Onlara elə gəlirdi ki, hər ikisi də eyni məsələ haqda danışır, yəni, nüvə silahlarının bütünlüklə məhv edilməsindən. Amma materiallardan belə görünürdü ki, onların bir-birinə oxuduğu sənədlərdə başqa şey nəzərdə tutulur.

Sual: Burada sinxron tərcümə zamanı yaranmış anlaşılmazlıqdan söhbət gedirmi?

Cavab: Tərcümə sinxron aparılmırdı. Bu, texniki məsələdir. Mən də, Qorbaçovun tərcüməsiçisi Pavel Palaşşenko da onların dediklərini tərcümə edirdik. Amma ikimizə də aydın idi ki, liderlərdən hər biri başqa söz deyir. Əlbəttə ki, yerində nəyisə dəqiqləşdirmək mümkün deyildi. Mən təkrar edirəm: Reyqana da, Qobaçova da elə gəlirdi ki, onlar razılıq əldə ediblər, amma əslində onların bir-birinə oxuduğu müşavirlər qeydləri razılıq demək deyildi. Bəlkə də xoşbəxtlikdən danışıqlar baş tutmadı, çünki bilirsiniz ki, Reyqan Qorbaçovun təkid etdiyi strateji müdafiə təşəbbüsünün ixtisarına razı olmadı.

Sual: Danışıqların baş tutmamasına dəqiqliklə hazırlanmamış sənədlər səbəb oldumu? Yoxsa məsələ onların düzgün isah edilməməsində idi?

Cavab: Xeyr, hər iki tərəf sənədləri dəqiqliklə hazırlamışdı, lakin texniki baxımdan bunlar olduqca mürəkkəb sənədlər idi, bruada strateji silahlar, qanadlı raketlərdən söhbət gedirdi. Nə prezident Reyqan, nə də Mixail Qorbaçov sona qədər onları yaxşı başa düşməmildi. Yadımdadır ki, hamı İslandiyada danışıqların keçirildiyi yeri pis əhval-ruhiyyə ilə tərk etdi. Bunun səbəbi də təbii ki, Reyqanın o zaman strateji müdafiə təşəbbüsündən imtina etməməsi ilə bağlı idi.

Sual: Nə üçün Rusiyadan ilk mühacirət dalğasını təmsil edən insanlar respublikaçı Reyqanı dəstəkləyirdi? ABŞ-da onun siyasətinin əleyhinə çıxanlar kifayət qədər çox idi.

Cavab: Mən rus mühacirlərin nə üçün respublikaçılara daha çox dəstək verməsini başa düşmürəm. Yəqin ki, bu, müəyyən qədər onların hesab etdiyi kimi, Ruzveltin İkinci Dünya müharibəsi zamanı Şərqi Avropanı Sovet İttifaqına verməsi ilə əlaqədardır. Bu, tarixi məsələdir, mən bu haqda fikir söyləyə bilmərəm. Reyqanın Sovet İttifaqı ilə əlaqələri yaxşılaşdırmaq istəyinə gəldikdə, demokratlar onu heç də respublikaçılardan az dəstəkləmirdi. Rusiyadan Amerikaya gəlmiş köhnə mühacirət Rusiya ilə münasibətlərin yaxşılaşmasını istəyirdi, xüsusilə də Qorbaçovun hakimiyyətə gəlişindən sonra.

Sual: Necə fikirləşirsiniz, Hollivud karyerası Ronald Reyqanın, məsələn danışıqlar aparan zaman üslubuna öz təsirini göstərirdimi? O, çətin vəziyyətlərdə “oynayırdı”mı?

Cavab: Mən bunu görmüşdüm, amma danışıqlar zamanı yox. Yadımdadır bir axşam Reyqan Nyu Yorkda Qromıko ilə görüşürdü. Prezident olandan sonra bu, onun görüşəcəyi ilk yüksək səviyyəli sovet rəsmisi idi. Onu da qeyd edim ki, görüş onun Sovet İttifaqını “şər imperiyası” adlandırmasından sonra baş verirdi. Mənə elə gəlirdi ki, Reyqan özünü o qədər rahat hiss etmirdi. Amma növbəti gün BMT-də çıxış edəndə, o tamamilə başqa-bizim həmişə gördüyümüz özünə arxayın, qətiyyətli Reyqan idi. Bax bu, təzad məni təəccübləndirdi. Fikrimcə, o bir yerdə çıxış edəndə, aktyorluq qabiliyyətləri onun köməyinə gəlirdi. Amma danışıqlar zamanı bu gözə çarpmırdı.

Sual: “Şər imperiyası” ifadəsinin müəllifi Ronald Reyqandır və Sovet İttifaqına aiddir. Yeniqurmaya görə dünyanın altıda bir hissəsində tarixi dəyişikliklər baş verirdi. Ronald Reyqanın Rusiya və SSRİ haqda baxışları dəyişirdimi, yoxsa o, siyasi məntiqin arxasınca gedirdi?

Cavab: Zənnimcə, dəyişirdi, özü də bu, əsasən Qorbaçovun şəxsiyyəti ilə bağlı idi. Qərb liderləri arasında Qorbaçov ilk olaraq Marqaret Tetçerlə görüşmüşdü. Tetçerin Qorbaçova münasibəti yaxşı idi. Reyqan isə Tetçerin fikrinə diqqətlə yanaşırdı. Əlbəttə, bu təkcə Qorbaçovun şəxsi keyfiyyətləri ilə izah olunmurdu, həm də onun SSRİ-də aşkarlıq və yeniqurma kimi yürütdüyü siyasətlə bağlı idi.

Sual: Reyqan Rusiya ilə nə dərəcədə maraqlanırdı? Şəxsi söhbətləriniz zamanı Reyqana Rusiya haqda nəsə danışmaq imkanınız olurdumu?

Cavab: Sizə gülməli bir əhvalat danışım. Qorbaçov Vaşinqtonda səfərdə olanda Sovet səfirliyində ziyafət təşkil edilmişdi. Reyqan Qorbaçovun yanında oturmuşdu. Birdən elə bir vəziyyət yarandı ki, Qorbaçov Reyqanın xanımı Nensi ilə danışmağa başladı və Reyqan həmsöhbətsiz qaldı. Onda mən ona o zaman Qorbaçov haqda yayılmış bir lətifə danışdın. Reyqan lətifələri çox sevirdi.

Sual: Sirr deyilsə, hansı lətifəni danışdınız?

Cavab: Hamı bilir ki, Qorbaçov SSRİ-də spirtli içkilərə məhduiyyətlər qoyulmasına çalışırdı. Deməli, Moskvada içki almaq üçün uzun növbə dayanır, birdən kiminsə növbədə səbri tükənir və həmin adam deyir:”Qorbaçova baxın! Gedib onu öldürəcəm!” Bir yenidən növbəyə qayıdır və yanında dayanan başqa bir adam ondan soruşur:”Nə oldu, öldürdün?” O da deyir ki, “yox, orada növbə bundan da uzundur.” Reyqan bu lətifəyə çox güldü. Səhv etmirəmsə, bu əhvalatın Reyqanla Qorbaçov arasında Moskvada görüşü zamanı davamı olub.

Sual: O zaman nə olub?

Cavab: Bu da gülməlidir. Moskvada sonuncu görüş zamanı Reyqan öz xanımı və dövlət katibi Şults xanımı ilə Qorbaçovun bağına dəvət ediliblər. Sovet tərəfdən də Qorbaçov və Şevardnadze öz xanımları ilə orada olublar. Bir də tərçüməçilər. Reyqan ziyafət zamanı lətifələrə qulaq asmağı sevirdi. Qorbaçov da lətifə danışmaq istədi və dedi:”Bilirsiniz, mən Vaşinqtonda olanda belə bir lətiə eşitmişəm ki, içkiyə uzun bir növbə olub..........” Elə bu zaman Raisa onu dayandırıb dedi ki, bunu burada danışmaq lazım deyil. Ürəyim düşdü və fikirləşdim ki, yəqin, masanın altında gizli dinləmə qurğusu yerləşdirilib və Qorbaçov da mənim bu lətifəni Reyqana danışdığımı eşidib.

Sual: Reyqanın Qorbaçovdan xoşu gəlirdimi? Əgər belədirsə, bu, özünü nədə göstərirdi?

Cavab: Bəli, şübhəsiz ki, xoşuna gəlirdi. Onlar bir-birinə şox yaxşı münasibət bəsləyirdi. Elə Cenevrədə ilk görüşdə Reyqan Qorbaçovu Vaşinqtona dəvət etdi. Şübhəsiz ki, aşkarlıq siyasətinə görə, Qorbaçov qərbdə bir çoxları kimi, Reyqanın da xoşuna gəlirdi. O, səmimi idi və onlar arasında yaxşı dostluq münasibətləri yaranmışdı.

Sual: Reyqan dövrü Sovet İttifaqının süqutuna gətirib çıxarmış, dünyada bir super dövlətin mövcudluğuna son qoymuş siyasətin əsası qoyulurdu. Reyqan bu prosesdə öz rolu və əhəmiyyətini dərk edirdimi?

Cavab: Siz dediniz ki, Reyqanın siyasəti Sovet İttifaqının süqutuna gətirib çıxardı. Mən bununla bir o qədər razı deyiləm. Çünki fikrimcə, buna Reyqanın siyasətindən daha çox, Qorbaçovun siyasəti yol açdı. Əgər SSRİ-də o zaman başqa, daha yaşlı və daha mühafizəkar rəhbər olsaydı, Sovet İttifaqında bu hadisələr baş verməzdi. Buna görə Qorbaçov məsuliyyət daşıyır. Amma Reyqan, əlbəttə, aşkarlıq və yeniqurma siyasətinə dəstək verirdi.

Reyqanın ətrafına, onun komandasına gəldikdə isə, burada əsas aparıcı qüvvə ö zamankı Dövlət katibi Corc Şults idi. Mən Dövlət Departamentində işlədiyim vaxtlar Şultsun Şevardnadze ilə, başqa rəsmilər və təbii ki, Qorbaçovla görüşlərində iştirak etmişdim. Qərarların qəbul edilməsi isə Reyqandan asılı idi. O, SSRİ ilə yaxşı münasibətlər qurmaq istəyirdi. Amma yeni SSRİ ilə.

XS
SM
MD
LG