Accessibility links

REAL Hərəkatı Azərbaycan hökumətini üzərinə götürdüyü beynəlxalq öhdəliklərə yerinə yetirməyə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını təxirə salınmadan icra etməyə, İlqar Məmmədovu, həmin iş üzrə siyasi motivlə məhkum edilmiş Tofiq Yaqublu və digər İsmayıllı məhbuslarını dərhal azad etməyə çağırır.

Bu barədə REAL Hərəkatının bəyanatında deyilir.

Sənəddə deyilir ki, REAL Hərəkatı İdarə Heyətinin sədri İlqar Məmmədov 2013-cü ilin yanvarın sonlarında İsmayıllı rayonunda baş vermiş kütləvi narazılıqdan doğan çıxışların təşkilatçısı kimi qanunsuz olaraq həmin il fevralın 4-də qondarma ittihamlarla həbs edilib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 may 2014-cü ildə həmin həbsin siyasi motivli olmasını, İlqar Məmmədovu hökuməti tənqid etdiyinə görə susdurmaq və prezident seçkilərindən kənarda qoymaq məqsədi daşıdığını qeyd etməklə Konvesiyanın 5, 6, 18-ci maddələrinin pozuntusunu tanıyıb. Azərbaycan hökumətinin həmin qərardan böyük palataya verdiyi şikayət qəbul edilməyib və qərar qüvvəyə minib.

Avropa Şurasının Nazirlər Komitəsi 2014-cü il dekabrın 4-də qəbul etdiyi Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədov barəsində qərarının icrası məsələsinə baxıb və İlqar Məmmədovun təxirə salınmadan azad edilməsinin təmin olunması tələb edilib. Bununla əlaqədar hökumətin hesabatı bu il martın 11-də dinlənilməsi nəzərdə tutulur.

“Buna baxmayaraq Azərbaycan hökuməti indiyədək Avropa Məhkəməsinin qərarını qəsdən icra etmir və İlqar Məmmədovu qanunsuz olaraq həbsdə saxlamağa davam edir. İlqar Məmmədovun barəsində qanunsuz və siyasi xarakterli həmin iş üzrə artıq 7 il azadlıqdan məhrum edilməsinə dair çıxarılmış məhkəmə qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş kasasiya şikayəti 13 yanvar 2015-ci ildə qeyri-müəyyən müddətə təxirə salınıb və hazırki vaxtadək baxılması qəsdən ləngidilir, sənəddə qeyd edilir.

XS
SM
MD
LG