Accessibility links

İlqar Məmmədovun ad günü ilə bağlı müsadirə edilmiş flayerlərlə bağlı REAL İdarə Heyətinin üzvləri Bakı Şəhər Baş Polis İdarəsini məhkəməyə verib. Lakin Nəsimi rayon Məhkəməsi iddianı təmin etmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət göndərilib. Bu barədə REAL Vətəndaş Hərəkatının İdarə Heyətinin media üçün açıqlamasında deyilir.

REAL fəallarının sutkalıq həbsi ilə bağlı qərardan verilmiş şikayətlə yanaşı flayerlərin müsadirə edilməsi ilə bağlı da yerli məhkəmə instansiyalarına müraciət prosesinə başlayıb.

“Yerli məhkəmələr hər iki iş üzrə iddiaları təmin etməyəcəyi halda Avropa İnsan Haqları Məhkəməsinə gediləcək”, açıqlamada qeyd edilir.

İyunun 14-də REAL-ın 4 ilə yaxındır həbsdə saxlanılan sədri İlqar Məmmədovun doğum günü idi. Bu günlə bağlı REAL İH "1 milyon adam" kampaniyası keçirmək və bu məqsədlə yüz mindən artıq flayerin paylanılmasını planlaşdırıb.

“Flayerlərin "Qanun" nəşriyyatında çap edilməsi üçün bu qurumla danışıq aparıldı, qiymət və digər detallar dəqiqləşdiriləndən sonra müqavilə bağlandı və flayerlər çap edildi. Lakin Bakı Şəhər Baş Polis İdarəsi iyunun 12-də "bomba əməliyyatı" adı ilə "Qanun" nəşriyyatında axtarış apardı və axtarış nəticəsində "əsl bomba" - İlqar Məmmədovun flayerləri qanunsuz olaraq müsadirə edildi”, media açıqlamasında deyilir.

İyul ayında referendum təyin edildikdən sonra REAL konstitusiyaya dəyişikliklər əleyhinə təşviqat aparmaq barədə qərar qəbul edib. Bu məqsədlə "Respublikaçı Alternativ" təşəbbüs qrupu yaradıb və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.

"Qanun" nəşriyyatı ilə bağlı təcrübəni nəzərə alaraq flayerləri tanımadığımız bir mətbəədə çap etmək qərarı verdik. Fəallarımız avqustun 12-də (təşkilatın icra katibi Natiq Cəfərlinin həbs edildiyi gün) İstiqlaliyyət küçəsində yerləşən mətbəə ilə danışıqar apardıqdan sonra razılıq əldə olundu və flayerlərin çapını sifariş verdik. Avqustun 15-də mətbəədən əlaqə saxlanılaraq materialların hazır olduğunu və götürə biləcəyimizi bildirdilər. Fəallarımız flayerləri götürməyə getdikdə "mühüm əməliyyat" nəticəsində saxlanıldılar və nəticədə tam əsassız olaraq 7 sutka həbs aldılar”, açıqlamada qeyd edilir.

XS
SM
MD
LG