Accessibility links

Referendun Aktına müxalifətin münasibəti: Məsələnin həlli ümumxalq demokratik hərəkatından keçir [Audio-Müsahibələr]


Azərbaycan Konstitusiya Məhkəməsi

Azərbaycan Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi “Konstitusiyaya dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə müsbət rəy verib

İyulun 25-də Konstitusiya Məhkəməsinin Plenumu prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsinə müsbət rəy verib.

Azərbaycan konstitusiyası

Azərbaycan konstitusiyası

Referendun aktının layihəsi 29 maddədən ibarətdir.

Layihəyə görə, dövlət qulluqçuları insan hüquq və azadlıqlarına vurduqları ziyana görə, yalnız mülki məsuliyyət daşıyacaqlar.

Referendum aktı layihəsinə görə, prezident 7 illiyə seçiləcək, prezidentliyə və Milli Məclisin deputatlığına namizədlər üçün yaş həddi aradan qaldırılır, prezidentə parlamenti buraxmaq səlahiyyəti verilir. Birinic vitse-prezident və vitse-prezidentlik institutu yaradılır. Baş nazirin səlahiyyətləri azaldılır və prezident hakimiyyəti idarə edə bilmədikdə onun səlahiyyətlərini baş nazir deyil, birinci vitse-prezident icra edir.

Çox təəssüf ki, ölkənin bütün məhkəmə hakimiyyəti, o cümlədən də Konstitusiya Məhkəməsi yalnız və yalnız bir nəfərin, İlham Əliyevin iradəsi ilə idarə olunur.

Müxalifət referendum aktını qəbul etmir və ölkədə monarxiyaya doğru əsaslı addım kimi dəyərləndirir. Bununla yanaşı, Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyaları müraciət etsə də maraqlı tərəf kimi Konstitusiya Məhkəməsinin iclasına dəvət edilmətyib.

Əli Kərimli

Əli Kərimli

AXCP sədri Əli Kərimli Amerikanın Səsinə bildirib ki, AXCP-ni maraqlı tərəf kimi Konstitusiya Məhkəməsinin Konstitusiyaya dəyişkilklərlə bağlı Referendum Aktının layihəsinin müzakirəsinə dəvət etməyiblər.

“Mən bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdim və müraciət edəndə də bildirdim ki, dəvət edilməyəcəm”.

O deyib ki, müraciəti ilə sadəcə, ölkədə bütün qurum və quruluşların, hətta konstitusiyanın keşiyində durmaq əsas vəzifəsi olan bir orqanın, - Konstitusiya Məhkəməsinin də artıq faktiki bir nəfərin nəzarətində olmasını göstərmək olub.

“Mən bilirdim ki, qanun tələb etsə də onlar cəsarət etməzlər müxalifət liderini maraqlı tərəf kimi məhkəməyə dəvət etsinlər. Bu gün də əminliklə deyə bilərəm ki, çox təəssüf ki, ölkənin bütün məhkəmə hakimiyyəti, o cümlədən də Konstitusiya Məhkəməsi yalnız və yalnız bir nəfərin, İlham Əliyevin iradəsi ilə idarə olunur.”

O, mövcud durumdan çıxış yollarından danışarkəın deyib ki, ölkədə faktiki respublika prinsipləri ləğv olunub, hakimiyyət bölgüsü ləğv olunub, normal müstəqil və peşəkar məhkəmə hakimiyyəti yoxdur. Xalq tərəfindən seçilən və xalqın iradəsini müdafiə edən parlament yoxdur.Seçkilər formal xarakter daşıyır. Bütövlükdə ölkədə faktiki monarxiya qurulub və indi gözlənilən bu referendum həmin monarxiya hakimiyyətini xeyli dərəcədə də rəsmiləşdirmiş olacaq. Belə bir vaxtda yalnız və yalnlız ümumxalq demokratiya hərəkatı ilə vəziyyəti dəyişmək olar. Bu gün Azərbaycan xalqından başqa heç bir ünvan qalmayıb. Belə situasiyalarda nə ayrı-ayrı şəxslər, siyasətçilər, partiyalar, qurumlar vəziyyəti dəyişmək iqtidarında ola bilməz. Bunu hamı açıq-aşkar bilməlidir. Çünki ölkədə klassik avtoritar bir rejim formalaşıb. Dünya təcrübəsi göstərir ki, belə bir klassik avtoritar rejim şəraitində məsələnin həlli millətin hamılıqla mübarizəyə qoşulub öz hüquqlarına sahib çıxmasından keçir,” Kərimli qeyd edib.

Keçmiş vicdan məhbusu Arif Hacılı

Keçmiş vicdan məhbusu Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, Azərbaycanda məhkəmələr faktiki icra hakimiyyətinin nəzarəti altındadır.

“Azərbaycan Konstitusiya Məhkəməsi də elə bil Prezident Administrasiyasının bir şöbəsi kimi fəaliyyət göstərir. Söhbət İlham Əliyevin göndərdiyi sərəncamdan gedirsə Konstitusiya Məhkəməsinin elə bir müstəqilliyi yoxdur ki, müxalifət liderlərini maraqlı tərəf kimi dəvət etsin”.

O, Konstitusiya Məhkəməsinə müraciətinə hələ cavab almadığını bildirib.

“Nə rəsmi, nə də qeyri rəsmi bir cavab yoxdur. Amma, bizim müraciətimiz geniş əks-səda doğurub.”

Biz çalşırıq ki, ölkədə fəaliyyət göstərən bütün ictima-siyasi birliklər referendumla bağlı birgə fəaliyyət göstərsin.

Hacılı müxalifətin birgə etiraz aksiya keçirmə ehtimalı ilə bağlı deyib ki, bu məsələ müzakirə mərhələsindədir.

“Biz çalşırıq ki, ölkədə fəaliyyət göstərən bütün ictima-siyasi birliklər referendumla bağlı birgə fəaliyyət göstərsin. Əgər bu istiqamətdə çalışmalarımız baş tutacaqsa, hesab edirəm ki, bu, cəmiyyətin maraqlarına uyğun olacaq. Dediyim fikirlər kütləvi aksiyaların keçirilməsinə də aiddir”, Müsavat başqanı qeyd edib.

Öz növbəsində, Azərbaycan iqtidarı ölkədə hakimiyyətin qanunverici, məhkəmə və icra orqanı arasında bölündüyünü bildirir. Onların firkincə, seçkilər azad və demokratik keçirlir, haklimiyyət xalqın iradəsi ilə formalaşır və məhkəmələr azaddır. Bununla yanaşı, beynəlxalq qurumlar bir qayda olaraq Azərbaycanda keçirilən seçkiləri tənqid edir, məhkəmələrin qərarları ilə bağlı Avropa İnsan Hüquqları Məhkməsinə yüzlərlə şikayət edilib. Ölkədə ondan çox vicdan məhbusu, onlarla siyasi məhbus kimi tanınan şəxs var.

XS
SM
MD
LG