Accessibility links

“Art for democracy” kampaniyasının fəalı Azərbaycana buraxılmayıb


Rebeka Vinsent Londonda jurnalist Eynulla Fətullayevin müdafiəsi ilə bağlı aksiyada
Rebeka Vinsent Londonda jurnalist Eynulla Fətullayevin müdafiəsi ilə bağlı aksiyada

ABŞ və Böyük Britaniya vətəndaşı Rebekka Vinsent Azərbaycandan müvəqqəti olaraq çıxdıqdan sonra ona bildirilib ki, ölkədə yaşamaq icazəsi ləğv olunub

“Demokratiya naminə İncəsənət” kampaniyasına təzyiqlər davam edir. Belə ki, kampaniyadan Turan-a daxil olan bəyanatda deyilir ki, “Demokratiya naminə İncəsənət” (“Art for democracy”) kampaniyasına 11 dekabr 2012-ci ildə start verildiyi gündən bu yana Azərbaycan hakimiyyəti kampaniyaya və onun tərəfdarlarına qarşı aqressiv tədbirlər həyata keçirib.

Kampaniyanın başlanması ilə bağlı keçirilmiş tədbirdən bir həftə sonra kampaniyanın ictimai vəkillik üzrə direktoru, ABŞ və Böyük Britaniya vətəndaşı Rebekka Vinsent Azərbaycandan müvəqqəti olaraq çıxdıqdan sonra ona bildirilib ki, onun ölkədə yaşamaq icazəsi ləğv olunub. Bunun səbəbi rəsmən izah edilməyib. Bundan sonra Rebekka Vinsentə Azərbaycana, ailəsinin yanına qayıtmağa icazə verilməyib.

İnsan Hüquqları Klubu beynəlxalq ictimaiyyəti isə tənqidi səsləri müdafiə etməyə və Azərbaycanın insan hüquqları ilə bağlı götürdüyü öhdəliklərə əməl etməsini tələb etməyə çağırır. “Hökumətin insan hüquqları ilə bağlı götürdüyü beynəlxalq öhdəliklərinə əməl etməsi tələb olunmalıdır”, - bəyanatda qeyd olunur.

“Demokratiya naminə İncəsənət” kampaniyası “İnsan Hüquqları Klubu” və onun tərəfdaşları olan “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu”, “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin birgə təşəbbüsüdür. Bu kampaniya özündən əvvəlki “Demokratiya naminə Musiqi” (“Sing for democracy”) kampaniyasının davamı olmaqla incəsənətin müxtəlif formaları vasitəsi ilə Azərbaycanda insan hüquqları və demokratik islahatları təşviq edir.
XS
SM
MD
LG