Accessibility links

Yeni hollivud filmləri: “Qırmızı İşıq”


Veteran paranormal tədqiqatçı alimlər Marqarit Matison və Tom Bakli Matisonun “qırmızı işıq” adlandırdığı fövqəltəbii hadisələrin arxasında incə fəndləri aşkara çıxarmaqla ruh çağırmaq, ruhi bərpa və başqa mənəvi fenomenlər kimi saxta iddiaları təkzib edirlər. Lakin əfsanəvi, kor münəccim Simon Silver təqaüdə çıxdıqdan 30 il sonra geri dönür. Bir zamanlar onun qorxusuz əleyhdarı Matison qüdrətli Silverin qisas alacağından ehtiyat edərək Baklini təhlükə barədə xəbərdar edir. Silveri etibardan salmaqda qətiyyətli olan Bakley və onun qabaqcıl tələbəsi xarizmatik, insanın fikirlərini oxuya bilən Silverin sirrinin arxasında həqiqəti aşkara çıxarmaq üçün bütün üsullardan istifadə edir. Lakin apardığı axtarışlar ağılasığmaz nəticələr verdikdə Bakli öz əqidəsinin kökünə nəzər salmalı olur.

Triller janrında çəkilmiş “Qırmızı İşığ”ın rejissoru və ssenari müəllifi Rodriqo Koresdir. Baş roları Silian Mörfi, Siqorney Viver, Robert De Niro, Elizabet Olsen və Tobi Cons ifa edir.
XS
SM
MD
LG