Accessibility links

Azərbaycanda insanların fundamental hüquqları pozulur


Xədicə İsmayılova (Foto Fərqanə Novruzovanın Facebook səhifəsindən götürülüb)

Xədicə İsmayılova (Foto Fərqanə Novruzovanın Facebook səhifəsindən götürülüb)

ATƏT kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvləri öz üzərlərinə hüquqlar və fundamental azadlıqlarla bağlı öhdəliklər götürüblər.

Azərbaycanda insanlar öz fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs olunurlar.

ATƏT-in sentyabrda Varşavada təşkil etdiyi illik İnsan Aspekti İcrası toplantısında üzv dövlətlər Rusiyanın öz qonşularına qarşı aqressiv hərəkətləri və Rusiya daxilində repressiyalara dair narahatlıqlarını ifadə etdilər. Rusiyanın “anti-ekstremizm” qanunlarından sui-istifadə etməsi söz azadlığına mənfi təsir göstərib, hökuməti hədəf alan müstəqil tənqidləri susdurub. “Biz Ukrayna ilə bağlı linkləri social mediada paylaşan və buna görə millətlərarası ədavəti qızışdırmaq ittihamı altında dörd il həbsə məhkum edilən Yekaterina Voloqjeninova kimi öz fikirlərini ifadə etmək istəyən ruslara qarşı cinayət içi qaldırılmasından narahatıq,” deyə ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer bildirib.

Arif Yunus, Leyla Yunus, İntiqam Əliyev və Rəsul Cəfərovu beynəlxalq hüquq təşkilatları siyasi məhbus hesab edir.

Arif Yunus, Leyla Yunus, İntiqam Əliyev və Rəsul Cəfərovu beynəlxalq hüquq təşkilatları siyasi məhbus hesab edir.

Azərbaycanda insanlar öz fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs olunurlar. Birləşmiş Ştatlar Bakıdakı rəsmiləri bütün belə adamları, o cümlədən Xədicə İsmayılova və Rəsul Cəfərovu sərbəst buraxmağa çağırır.

Siyasi müxalifətə, mediaya və sivil cəmiyyətə məhdudiyyətlər qoyan Belarus ATƏT qarşısındakı öhdəliklərə əməl etmir. Birləşmiş Ştatlar Belarusu rəsmi icazə olmadan ictimai tədbirləri kriminallaşdıran 193.1 saylı maddəni ləğv etməyə və məlumatlanmış vətəndaş seçiminə, həqiqi rəqabətə yol açacaq vaxtı keçmiş seçki və media islahatları aparmağa çağırır.

İnsan haqlarına və fundamental hüquqlara hörmət etmək ATƏT-in hər bir üzv dövlətinin borcudur.

Macarıstanda demokratiyanın durumu, ələlxüsus qeyri-hökumət təşkilatlarına qarşı istintaqlarla bağlı narahatlıqlar qalmaqdadır. Ölkədəki anti-miqrant ritorikası, qaçqınlar, siyasi sığınacaq istəyənlər və miqrantlarla rəftar, Roma toplumunun nümayəndələrinə qarşı məktəbdə ayrıseçkilik narahatlıq doğurur, və ABŞ Macarıstan hökumətindən bu problemlərə diqqət yetirməyi gözləyir.

Tacikistanda qadağan olunmuş İslam Renessans Partiyasının başqa üzləri ilə yanaşı Zarafo Xucayeva kimi dinc müxalifət qruplarının bəzi üzvlərinin həbsdə olması onların ATƏT-in Varşavadakı görüşünə qatıla bilməsinə imkan vermədi.

İnsan haqlarına və fundamental hüquqlara hörmət etmək, və qeyri-tolerantlığa, ayrıseçkiliyə və nifrət cinayətlərinə qarşı mübarizə aparmaq ATƏT-in hər bir üzv dövlətinin borcudur.

XS
SM
MD
LG