Accessibility links

Rəfayel Hüseynov:"Mehdi Hüseynzadə ölümündən sonra da xalqına və vətəninə xidmət edir"(AUDİO)


Bu yaxınlarda Sloveniyanın Novi Qoritsa şəhəri yaxınlığında Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışı olacaq. Azərbaycan Milli Məclisinin üzvü, yazıçı-publisist Rəfayel Hüseynov muzeyin yaradılması və ekspozisiyanın hazırlanması məqsədilə Sloveniyaya səfərdən qayıdıb.

Rəfayel Hüseynovun Amerikanın səsinə bildirdiyinə görə, partizan hərəkatında Mixaylo kimi tanınan Mehdi Hüseynzadənin adı müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış bir neçə abidədə qeyd edilib. Yerli əhali arasında vaxtilə partizan hərəkatının üzvü olmuş adamlar Mixaylonu xatırlayır, onu xoş sözlərlə yad edirlər.

Rəfayel Hüseynov İtaliya, Almaniya və Sloveniyada Mehdi Hüseynzadənin kəşfiyatçı və döyüşçü kimi fəaliyyət göstərdiyi dövrə aid müxtəlif arxiv sənədlərinin mövcud olduğunu bildirib. O, Azərbaycanda Mehdi Hüseynzadənin arxivinin yaradılması ilə məşğul olarkən onun indiyə qədər işıq üzü görməyən şerləri və rəsm əsərlərini tapdığını deyib.

Şempat kəndində xatirə muzeyinin açılışı üçün Mehdi Hüseynzadə haqqında ingilis, sloven və Azərbaycan dillərində “İki xalqın övladı” adlı kitabça da nəşr edilib. Kitabın müəllifi yazısı-publisist, millət vəkili Rəfayıl Hüseynovdur.

Muzeyin Azərbaycan prezidenti İlham Əliyevin Sloveniyaya səfəri zamanı açılacağı gözlənilir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG