Accessibility links

Misirdə ordunun dəstəklədiyi müvəqqəti hökumətin təklif etdiyi yeni konstitusiya ilə bağlı ikigünlük referendum keçirilir.

Yeni konstitusiya mövcud sənədlərdən islamçı dilini pozacaq, qadınlara daha çox hüquq verəcək və hərbi qüvvələrin səlahiyyətini artıracaq.

Müxalifət qüvvələri referendumu boykot etməyə və qanunsuz adlandırdığı proses əleyhinə dinc nümayişlərə çağırıb.

Ölkədə təhlükəsizlik tədbirləri gücləndirilsə də, seçkilər başlanmazdan əvvəl sübh tezdən paytaxtda partlayış törədilib.

Referendum devrilmiş prezident Məhəmməd Mursinin sonuncu konstitusiyanı imzalamasından bir il sonra keçirilir.

ABŞ Dövlət Departamenti referenduma "yox" deməyə çağıran nümayişçilərin həbsi ilə bağlı narahatığını bildirib.
XS
SM
MD
LG