Accessibility links

Müsavat seçkidə “karusel”lər barədə məlumat yayıb


Referendum-plakat
Referendum-plakat

“Seçki qərargahına seçki saxtakarlığı ilə bağlı ilk məlumat Bakı şəhəri Suraxanı rayonu ərazisindən daxil olub. Rayon ərazisindəki 105 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçilərinə səsverməyə gedəcəkləri məntəqələrin siyahısı təqdim edilib və onlara “karusel” əməliyyatını yerinə yetirmək üçün müvafiq tapşırıqlar verilib”.

Bu barədə Müsavat Partiyasınının Mərkəzi Seçki Qərargahının press-relizində deyilir.

Məlumatda deyilir ki, Binəqədi rayonunda 8 saylı Binəqədi birinci seçki dairəsinin ərazisində yerləşən məktəblərdəki məntəqə seçki komissiyalarına daxil olmayan, lakin həmin məktəbdə işləyən müəllimlərin hər birinə 6 valideyni səsverməyə gətirməsi tapşırığı verilməsi haqqında məlumat yayılıb.

“59 saylı Salyan seçki dairəsinin 2, 3, 4, 5 və 7 saylı seçki məntəqələrinin ərasizində müşahidə aparan seçicilərdən daxil olan məlumata görə, 4 saylı seçki məntəqəsində “karusel” həyata keçirilir, 3 saylı seçki məntəqəsində təhsil işçiləri və bu ərazidən xeyli kənarda yaşayan və adları seçici siyahılarında olmayan bir neçə şəxs səsvermədə iştirak edir. 3 saylı seçki məntəqəsində343, 5 saylı seçki məntəqəsində seçicilərin sayı 430 deyilsə də, saat yarımlıq müşahidə zamanı müvafiq olaraq bu məntəqələrdə 8 və 5 nəfər seçici olub. 2 və 7 saylı seçki məntəqələrində isə 1 saat ərzində 3 seçici gəldyi bildirilir. Artıq bu anda 2 saylı seçki məntəqəsinin qarşısında “karusel” iştirakçıları peyda olublar.

60 saylı Salyan-Neftçala seçki dairəsinin 13 və 14 saylı seçki məntəqələrinin yerləşdiyi məktəbin ərazisində müşahidə aparan seçicinin veriyi məlumata görə, saat 11.00-dan 12.00-dək məktəbin binasına yalnız 2 seçici daxil olub.

67 saylı Cəlilabad şəhər seçki dairəsindən Hidayət İsmayılovun verdiyi məlumata görə, Cəlilabad şəhərində yerləşən seçki məntəqələrində səs vermək üçün müəllim, həkim, bağça işçiləri və yuxarı sinif şagirdlərindən ibarət xüsusi dəstələr hazırlanaraq, müəyyən zaman fasilələri ilə bu və ya digər seçki məntəqələrinə göndərilərək orada səs vermələri təmin edilir. Rayon rəhbərlərinin və inzibati orqanların gözü qarşısında həyata keçirilən bu tədbir zamanı səsvermədən sonra “karusel” iştirakçılarının seçki məntəqəsinin qarşısında gözlədilməsi faktı da diqqəti cəlb edir”, deyə məlumatda qeyd olunur.

Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası ciddi qanun pozuntularının qeydə alınması ilə bağlı hər hansı məlumat yaymayıb. MSK sədri Məzahir Pənahov səsəvermənin yüksək səviyyədə təşkil edildiyini bildirib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının saat 17-yə olan məlumatına görə, 5 milyon 267 min 111 seçicidən 3 348 535 nəfəri (63,6 %) səsvermədə iştirak edib. Bu isə referendumun artıq baş tutduğunu göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG