Accessibility links

Sivil Toplum Platforması referendumla bağlı mövqe sənədi yayıb


Sivil Toplum Platforması
Sivil Toplum Platforması

Sivil Toplum Platforması 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsini azad və ədalətli hesab etmir, nəticələrin xalqın iradəsinin ifadəsi olmadığını bəyan edir. Bu barədə Sivil Toplum Platformasının (STV) referendum və Referendum Aktı barədə mövqe sənədində deyilir.

Sivil Toplum Platforması bu il təsis edilib. Platformada bir sıra QHT-lər və tanınmış hüquq müdafiəçiləri, hüquqşünaslar birləşir.

STP həmçinin qəbul edilən Referendum Aktının demokratik hüquq prinsiplərinə zidd olduğuna görə yerli və beynəlxalq ictimaiyyət tərəfindən legitimliyinin şübhə altına alınmasını təəssüf hissilə bölüşür.

Sənəddə deyilir ki, Azərbaycan hüquq sistemində analoqu olmayan daha bir proses geridə qalıb.

“26 sentyabr 2016-cı ildə başlanğıcından geniş hüquq pozuntuları ilə sürdürülən bir proses yekunlaşdı. Azərbaycan Konstitusiyasına 3-cü dəfə, hətta Konstitusiyanın özünün yol vermədiyi müdaxilələr oldu. Referendumla Konstitusiyaya 29 maddəyə əlavə, dəyişiklik və ya yeni maddə əlavə edildi.

“Konstitusiyanı gündəlik siyasi məqsədlərlə tez-tez zədələmək, onun ruhuna uyğun olmayan əlavə və dəyişiklik etmək yolverilməzdir. Xüsusilə də, bu sənədə hər hansı dəyişiklik, əlavələr etmək ehtiyacı yaranarsa, bu, ancaq cəmiyyətin sifarişi kimi ortaya çıxmalı, cəmiyyət tərəfindən ciddi müzakirə edilməli, demokratiyanın gərəyi olan siyasi plüralizm mühitində cəmiyyətə təqdim edilməli idi.

Referendum prosesi bir çox aspektdən ciddi qüsurlar və hüquq pozuntuları ilə müşayiət olundu. İctimai-siyasi mühitdə heç bir müzakirə aparılmadan, hətta ən xırda siyasi mesajlar verilmədən 18 iyul 2016-cı il tarixdə “göydəndüşmə” təkliflər ortaya çıxdı. Cəmiyyət yalnız rəy üçün Konstitusiya Məhkəməsinə göndərildiyində bu Aktın varlığından xəbər tutdu”.

STV hesab edir ki, referendumda səsverməyə təqdim edilən paketdə çoxsaylı problemli məqamların olmasına baxmayaraq, Referendum Aktının əleyhinə təşviqat aparmaq istəyən siyasi tərəflərə meydan verilməməsi prosesin anti-demokratikliyinin bariz nümunəsidir.

“Belə ki, Müsavat Partiyası və REAL Hərəkatı ilkin təşviqat qrupunu yaradaraq imzatoplama prosesinə qatılmış, buna baxmayaraq, imzatoplama prosesinə çoxsaylı inzibati və siyasi müdaxilələr olmuş, siyasi aktivlər müxtəlif bəhanələrlə saxlanmış və həbs edilmiş, polis idarələrinə aparılaraq təzyiqlər olmuş, nəticədə REAL da prosesdən kənarlaşmaq məcburiyyətində qalmışdır. Müsavat Partiyasının bütün maneələrə baxmayaraq, toplayıb MSK-ya təqdim etdiyi imzalar MSK tərəfindən “saxta” elan edilərək qeydiyyata alınmamışdır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının da daxil olduğu Milli Şura isə ilk gündən referendumu boykot edərək kütləvi aksiyalara qərar vermişdir. Rəsmi razılıq verilmiş mitinqlərdə iştirak edən yüzlərlə vətəndaş polis təzyiqi ilə üz-üzə qalmışdır. Bu gün də o aksiyalarda iştirak edən insanlar polisə çağrılır, cərimələnir, inzibati həbslərə məruz qalır. Beləliklə, alternativ düşüncənin və alternativ siyasi tərəflərin prosesdə iştirakına bütünlüklə yol qapanmışdır”, sənəddə qeyd edilir.

Öz növbəsində, Azərbaycan Mərkəzi Seçki Komissiyası və yüksək hökumət rəsmiləri referendumun azad və ədalətli şəraitdə keçirildiyini, hətta demokratik seçki sistemi olduğunu iddia edən qərb dövlətləri üçün də nümunə olduğunu bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG