Accessibility links

"Referendumun nəticəsi indidən bəllidir" - Kramer və Kazlariçin "Vaşinqton Post"dakı məqaləsi


David Kramer

David Kramer

McCain Beynəlxalq Liderlik İnstitununun insan haqları və demokratiya üzrə direktoru David J. Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda George Mason Universitinin professoru olan Richard Kauzlarich “The Washington Post” qəzetində Azərbaycan hakimiyyətini ən sərt şəkildə tənqid edən və prezident Obamanı rəsmi Bakıya qarşı “həlledici tədbirlərə” çağıran məqalə dərc etdiriblər.

Məqalədə deyilir ki, bu ilin əvvəllərində prezident İlham Əliyev 14 siyasi məhbusu azad edəndə, belə görünürdü ki, o, mövqeyini yumşaldıb.

Hətta Azərbaycan rəsmilərinin və rejim mediasının anti-Amerika ritorikası da səngimişdi” – deyə David J. Kramer və Richard Kauzlarich yazır.

Lakin bu, o vaxtlar idi ki, İlham Əliyev Vaşinqtona prezident Obamanın nüvə təhlükəsizliyi sammitinə yollanmalıydı.

“Azərbaycan yazıçısı Əkrəm Əylisli beynəlxalq hava limanında saxlanıb və onun ölkəni tərk etməsinə icazə verilməyib. Azadlıq qəzetinin direktoru və AXCP sədrinin köməkçisi Faiq Əmirli ötən ay həbs edilib. Avqust ayında həbs olunanların arasında REAL hərəkatının icraçı katibi Natiq Cəfərli, NİDA vətəndaş hərəkatının fəalı Elgiz Qəhrəman da var”.

“Buna baxmayaraq, aprel ayından Əliyev rejiminin azadlıqlar üzərinə hücumları intensivləşib”.

Müəlliflərin fikrincə, Obama administrasiyası əsasən sussa da, belə bir məqamda Birləşmiş Ştatlar Azərbaycana qarşı həlledici hərəkətə keçməlidir.

Ailənin hakimiyyət referendumu

David J. Kramer və Richard Kauzlarich yazırlar ki, Azərbaycan hökuməti müxalifət fiqurlarının və vətəndaş cəmiyyəti fəallarının həbslərini davam etdirir.

“Azərbaycan yazıçısı Əkrəm Əylisli beynəlxalq hava limanında saxlanıb və onun ölkəni tərk etməsinə icazə verilməyib. Azadlıq qəzetinin direktoru və AXCP sədrinin köməkçisi Faiq Əmirli ötən ay həbs edilib. Avqust ayında həbs olunanların arasında REAL hərəkatının icraçı katibi Natiq Cəfərli, NİDA vətəndaş hərəkatının fəalı Elgiz Qəhrəman da var”.

Yazıda bu da vurğulanır ki, ölkədə vəziyyət 26 sentyabr referendumundan sonra daha da pisləşə bilər. Müəlliflərin fikrincə, bu referendumun nəticəsi indidən bəllidir.

David J. Kramer və Richard Kauzlarich ehtimal edirlər ki, prezidentlik müddətini 5 ildən 7 ilə uzadacaq bu referendumdan sonra yaradılacaq vise-prezident vəzifəsinə ailənin nümayəndəsi təyin edilə bilər.

Onların fikrincə millət vəkilliyi üçün yaş senzinin azaldılması da prezidetin oğlu Heydərin parlamentə üzv seçilməsi üçün düşünülüb.

Amerikanın əsl maraqları

“Bizə deyirlər ki, sakit diplomatiya Amerikanın Azərbaycandakı maraqlarının qorunması üçün yeganə yoldur…Lakin Azərbaycan avtoritarlığının partlayaraq siyasi və ictimai böhrana yol açması Amerika maraqlarına xidmət etməyəcək” – məqalədə deyilir.

Kramer və Kauzlarich yazırlar ki, Azərbaycan Putinin media taktikasını təqlid edərək Birləşmiş Ştatları düşmən obrazında təsvirləməyə çalışır. Məqalədə deyilir ki, rejimin nəzarətində olan Haqqin saytı Amerikanı ittiham edən redaksiya yazısı ilə çıxış edib.

Məqalədə deyilir ki, Christopher H. Smith-in ötən dekabrda tərtib etdiyi və Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan qanunvericilik aktı layihəsini istisna etməklə, Vaşinqton susmağa üstünlük verir.

Kramer və Kauzlarich yazırlar ki, hətta 2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosuna keçirilmiş reydə də Obama administrasiyasının reaksiyası çox zəif olub.

Bizə deyirlər ki, sakit diplomatiya Amerikanın Azərbaycandakı maraqlarının qorunması üçün yeganə yoldur…Lakin Azərbaycan avtoritarlığının partlayaraq siyasi və ictimai böhrana yol açması Amerika maraqlarına xidmət etməyəcək.

“Əksər Amerika QHT-ləri kimi AzadlıqRadiosunun da fəaliyyəti Azərbaycanda qadağan olaraq qalır” – deyilir yazıda.

Səfir geri çağırılmalıdır

Müəlliflər bu qənaətdədirlər ki, keçmişlərdə Azərbaycanın insan haqlarını tapdayan rəsmilərinə qarşı sanksiya təşəbbüsləri olub, lakin Bakı barədə ölçü götürmək üçün Obamaya heç qanunvericilik aktı da lazım deyil. O bunu mövcud prezident səlahiyyətləti ilə də edə bilər.

Məqalədə təklif edilir ki, hazırda pisləşməkdə olan iqtisadiyyatını xilas etmək istəyən Azərbaycan Beynəlxalq Valyuta Fonduna və ya Dünya Bankına yardım üçün müraciət edərsə, ABŞ belə yardımı dəstəkləməməlidir.

Kramer və Kauzlarich-in fikrincə, Azərbaycanda bütün siyasi məhbuslar azad edilənədək və Azərbaycan rəsmilərinin və dövlət mediasının anti-Amerika ritorikası dayandırlınadək ABŞ özünün bu ölkədəki səfirini uzunmüddətli məsləhətləşmə üçün geri çağırmalıdır.

“Azərbaycanın problemi Əliyevin səlahiyyət gücünün azlığında deyil, bu gücü yanlış istiqamətdə - günahsız insanlara qarşı çevriməsindədir” – yazırlar Kramer və Kauzlarich.

Show comments

XS
SM
MD
LG