Accessibility links

Amerika Birləşmiş Ştatlarında Azərbaycan icmasının Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə tədbirləri çərçivəsində Vaşinqton və Los Anceles şəhərlərində türk jurnalisti Cem Oğuzun “Qaçqın:Anar Usubovun həyat tarixi” adlı kino-filminin premyerası keçirilib.

Xocalı qaçqınlarının həyatına həsr olunmuş sənədli film 1992-ci il fevralın 26-da faciəli hadisələr baş verən zaman 8 yaşı olan Anar Usubovun taleyindən bəhs edir.

Vaşinqtonun mərkəzi kino-teatrlarının birində filmin nümayişindən əvvəl Amerikadakı Qarabağ Fondunun icraçı direktoru Dyana Altman Kohen auditoriyaya toplaşanlara Dağlıq Qarabaq münaqişəsi və Xocalı faciəsi haqda məlumat verib.

Filmin nümayşindən sonra jurnalist və yazar Cem Oğuz tamaşaçıların suallarına cavab verərək, mövzuya müraciət etməsinin səbəblərindən danışıb.

Cem Oğuz Amerikanın səsinə bildirib ki, filmin çəkilməsinin əsas məqsədi Xocalı faciəsi haqda dünya ölkələrində insanları məlumatlandırmaqdan ibarətdir. Filmin yaradıcısı bildirib ki, o, acı tale bölüşən bu insanların bir gün öz torpaqlarına qayıdacağına ümid edir.

Cem Oğuz “Qaçqın” sənədli filminin bir sıra beynəlxalq müsabiqələrə təqdim ediləcəyini bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG