Accessibility links

Qaçqınların Macarıstandan Avropanın zəngin ölkələrinə keçə bilməsi ötən həftə ilə müqayisədə xeyli asanlaşıb.

Keçən həftə polis Budapeştın Keleti stansiyasında mühacirlərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Macarlar indi qaçqınların bir hissəsini Avstriyaya gedən qatarlarla yola salır.

Avstriyalılar Vyananın Vestbahnhof qatar stansiyasına çatan qaçqınları alqışlarla qarşılayaraq, onların başqa qatarla Almaniyaya yollarına davam etmələrinə yardım edir.

Avropanın ən zəngin ölkəsi olan Almaniya qaçqınların cəmiyyətə inteqrasiya edə bilməsi məqsədi ilə gələn il üçün əlavə 6,6 milyard dollar dəyərində ictimai fond yaradır.

Almaniya 800 min qaçqını qəbul edəcəyini bildirib.

Çoxlarının artıq Almaniyada qohumları var və onlar bu qaçqınlara evlərində sığınacaq verməyə hazırdır.

Almaniyaya çatan qaçqınlar mobil telefon və facebook vasitəsi ilə əlaqə yaradaraq, hələ yolda olan qohumları və dostlarına Avropaya səfər zamanı qarşılaşa biləcək problemlər haqda məlumatlandırırlar.

XS
SM
MD
LG