Accessibility links

Vaşinqtonda separatçı bölgələrə dair konfrans keçirilib


Donnacha Beachain

Donnacha Beachain

“Seçkilərdə insanları Dağlıq Qarabağ problemindən çox regiondakı iqtisadi vəziyyət, təhsil, iş imkanları, nəqliyat kimi sosial problemlər maraqlandırır,” deyə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində səfərdə olmuş araşdırmacı Dr. Donnacha O Beachain bildirib.

Aprelin 16-da Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “De-fakto dövlətlərdə seçkilər - Abxaziya, Dağlıq Qarabağ və Transdnestr” başlıqlı konfrans keçirilib. Tədbirdə sabiq Sovet məkanının separatçı bölgələrində müşahidə olunan idarəçilik müzakirə mövzusu olub.

Donnacha O Beachain Dağlıq Qarabağın heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmamasına rəğmən bölgədə periodik seçkilər keçirildiyini, müxalifət partiyalarının mövcudluğunu vurğulayıb. O, keçirilən səsvermənin əvvəlki illərlə müqayisədə demokratik standartlara uyğun gəldiyini deyib. İrlandiyalı politoloqun sözlərinə görə Dağlıq Qarabağda müəyyən siyasi rəqabətin mövcud olmasına baxmayaraq orada qurulan hökümətin tam müstəqil hərəkət etmədiyi və Ermənistana arxalandığı şübhə doğurmur.

Konfransda fikirlərini bölüşən Dr. Sergey Markedonov Abxaziyada, Transdnestrdə və Dağlıq Qarabağda konfliktin davam etməsinə baxmayaraq bölgəni idarə edən məmurlara, sosial-iqtisadi problemləri həll edəcək hökümət qurumlarına ehtiyac üzündən seçkilərin keçirilməsinin normal olduğunu bildirib.

Konfransda Azərbaycan və Ermənistan səfirliklərinin nümayəndələri iştirak ediblər.
XS
SM
MD
LG