Accessibility links

Regional liderlər Cənubi Sudanda sülh danışıqlarına başlayıb


Son günlər zorakılıqlara səhnə olan Cənubi Sudanda sülhə nail olmaq üçün Keniya və Efiopiya liderləri paytaxt Cubada danışıqlar aparır.

Keniya prezidenti Uhuru Kenyatt və Efiopiya baş naziri Haylemariam Desalegn bu gün Cənubi Sudan prezidenti Salva Kiirlə görüşür.

Cənab Kiir keçmiş müavini və siyasi rəqibi Riek Maçarı hərbi çevriliş hazırlamaqda ittiham etməsi 11 gündür ölkədə silahlı qarşıdurmaya səbəb olub.

BMT rəsmiləri zorakılıqlar zamanı minlərlə insanın öldüyünü ehtimal edir. Döyüşlər əsasən cənab Kiirin mənsub olduğu Dinka etnik qrupu ilə rəqibi Maçarın Nuer etnik qrupu arasında gedir.
XS
SM
MD
LG