Accessibility links

Rəhim Qazıyev azad buraxılıb - Amerikanın Səsinə video müsahibə


Keçmiş müdafiə naziri prezidentə açıq məktub yazdığına görə saxlandığını bildirir: "Məktubda haqsızlığa etiraz edirəm"

Martın 19-da saat 18 radələrində saxlanan Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev gecə saat 23.30 radələrində azad buraxılıb. O saxlanmasını prezidentə yazdığı açıq məktubla (http://www.azadliq.info/musahibe/337-muesahb2/28473-rehim-qaziyevden-ilham-eliyeve-mektub.html) əlaqələndirir.

Rəhim Qazıyev Amerikanın Səsinə müsahibəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını bildirib.

“Azadlıq” radiosunda “İşdən sonra” proqramında iştirak etmək üçün martın 19-da axşam evdən çıxdım. Evimdən bir qədər aralıda mülki geyimli şəxslər arxadan məni saxlayıb başıma torba keçirdilər. Sonra avtomobilin döşəməsinə uzadıb ayaqlarını çiynimə qoydular. Bandotdeldə isə bir neçə saat saxladılar. Əvvəlcə dindirən olmadı, sonra zirzəmidə 7 saylı kameraya saldırlar. Daha sonra dindirdilər və mənim prezidentə açıq məktubumla maraqlandılar”, o qeyd edib.

Onun sözlərinə görə, belə yazıların yazılması məsləhət görülmür.

”Mən prezidentin belə sərt reaksiyasını gözləmirdim. Çünki məktubu səmimi yazmışam və onun ünvanına göndərmişəm. Məktubda ölkədə müxtəlif problemlərə baxışlarım əks olunub”.

Keçmiş nazir hüquq mühafizə orqanlarının onu saxlamasını qanunsuzluq adlandırır.

“Onlara məni niyə saxladığını izah etmədi. Əvvəlcə dedilər polisə müqavimət göstərmişəm. Dedim ki, orada polis olmayıb ki, müqavimət də göstərəm. Nə sanksiya təqdim ediblər, nə saxlanma barədə çağırış olub, nə özlərini təqdim ediblər, nə ad və soyadlarını deyiblər. Bu keçmiş nazirə olan münasibətdir”, o qeyd edib.

Rəhim Qazıyev prezidentin ünvanına məktublarını davam etdirəcəyini bildirib. Amma özünün və ailə üzvlərinin həyatına təhlükənin ola biləcəyini də istisna etmir.

Show comments

XS
SM
MD
LG