Accessibility links

ABŞ-ın Qara dəniz və Mərkəzi Asiya ölkələri ilə bağlı strategiyası Vaşinqtonda aparıcı mütəxəssislər tərəfindən müzakirə edilib

  • Amerikanın səsi

ABŞ-ın Qara dəniz və Mərkəzi Asiya ölkələri ilə bağlı strategiyası Vaşinqtonda aparıcı mütəxəssislər tərəfindən müzakirə edilib

ABŞ-ın Qara dəniz və Mərkəzi Asiya ölkələri ilə bağlı strategiyası Vaşinqtonda aparıcı mütəxəssislər tərəfindən müzakirə edilib

Təhlilçilər hesab edir ki, Vaşinqton bölgədəki ölkələrlə münasibətləri qarşılıqlı maraq prinsipinə əsasən qurmalıdır

Vaşinqtonda yerləşən Amerikanın tərəqqisi uğrunda Mərkəzdə ABŞ-ın Qara dəniz hövzəsi və Mərkəzi Asiya dövlətləri ilə bağlı siyasi strategiyası mövzusunda konfrans keçirilib. Konfrasda paytaxtın Cənubi Qafqaz regionu üzrə aparıcı təhlilçiləri, o cümlədən, Atlantika Şurasında Avrasiya Mərkəzinin baş tədqiqatçısı Aleksandros Petersen, Brukinqs İnstitutunda ABŞ və Avropa Mərkəzinin direktoru Fiona Hill, ABŞ-ın Gürcüstan və Qazaxıstanda keçmiş səfiri Vilyam Kortni Birləşmiş Ştatların regionda strategiyasını şərh ediblər.

Obama administrasiyasının Rusiya ilə münasibətləri yenidən qurmağa çalışdığı bir dövrdə mütəxəssislər Birləşmiş Ştatların Mərkəzi Asiya və Qafqaz regionunda yerləşən ölkələrə münasibətdə strategiyasının da Rusiya-Amerika münasibətləri müstəvisindən yeridildiyini qeyd edirlər.

Atlantika Şurasında Avrasiya Mərkəzinin baş tədqiqatçısı Aleksandros Petersen qeyd etdi ki, ABŞ bu ölkələrin hər biri ilə qarşılıqlı maraqlara əsaslan münasibətlər qurmalıdır. Onun sözlərinə görə, ABŞ Qara dəniz hövzəsi və Mərkəzi Asiya regionu ölkələri ilə münasibətlərini Rusiyilə ilə münasibətlərdən azad bir şəkildə qurmalıdır.

Təhlilçilərin fikrincə, keçən ay prezident Obamanın Nyu-Yorkda BMT-nin Baş Assambleyasının illik sessiyası çərçivəsində Azərbaycan və Qırğızıstanın liderləri ilə görüşü ABŞ administrasiyasının bu ölkələri unutmadığına işarə kimi qiymətləndirilir. Lakin onların fikrincə, bu, Birləşmiş maraqları və siyasi niyyətlərinin daha effektiv şəkildə çatdırılması baxımından kifayət deyil.

ABŞ-ın Gürcüstan və Qazaxıstanda keçmiş səfiri Vilyam Kortni regionun təhlükəsizliyi məsələsi üzərində dayanaraq, ABŞ və Avropa ölkələrinin bölgəyə daha artıq diqqət verməli olduğunu qeyd etdi.

Təhlilçilər bildirdi ki, ABŞ Mərkəzi Asiya və Qafqaz regionlarında daha aydın siyasi strategiya həyata keçirməlidir. Onların sözlərinə görə, son bir il yarım ərzində ABŞ və Rusiya arasında strateji rəqabətin ciddi şəkildə azaldığı müşahidə olsa da, buna daha aydın alternativə də ehtiyac var. Bu da diplomatik, iqtisadi və mədəni sahələri əhatə edən daha geniş yeni strategiyanın həyata keçirilməsindən ibarətdir.

Brukinqs İnstitutunda ABŞ və Avropa Mərkəzinin direktoru Fiona Hill ABŞ-ın regionda enerji siyasətinin tarixini nəzərdən keçirərək, bildirdi ki, ABŞ-ın bölgədə enerji siyasəti əvvəlki onilliklə müqayisədə bu gün daha mürəkkəb bir şəkil alıb.

Təhlilçilər Vaşinqtonun Qara dəniz hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi üçün münasibətləri qarşılıqlı maraqlar üzərində qurmalı olduğunu vurğuladılar.



XS
SM
MD
LG