Accessibility links

2014-cü ildə dövlət və özəl qurumların, hətta bələdiyyələrin reklam fəaliyyətindən gəlirləri 67,3 mln. manat təşkil edib ki, bu da ötən ildə olduğundan 17,9% çoxdur.

“Reklam haqqında” qanunun tələblərinə uyğun olaraq Dövlət Statistika Komitəsi bu il ilk dəfə olaraq reklam materiallarının yayımının ayrı-ayrı növləri üzrə məlumatları açıqlayıb. Birinci yeri televiziyalar tutur.

Dövlət Statistika Komitəsindən Turan agentliyinin sorğusuna cavab olaraq bildirilib ki, bayır reklamlarının yayımından il ərzində gəlirlər 3 mln. 663,9 min manat təşkil edib. Vəsait Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” ASC, Bakı Şəhər İcra Hakimiyyətinə, İcra Hakimiyyətlərininyerli və özünüidarəetmə orqanlarına daxil olub.

Nəqliyyat şirkətləri reklamdan daha çox qazanıblar 5 млн. 323,6 min manat. Bunun cəmi 6,9 min manatı Bakı metropoliteninin payına düşür. Ötən ilin martında metropolitenin yeni rəhbərliyi metro ərazisində, vaqonların üzərində reklam materiallarının yığışdırılmasını əmr edib.

Reklam yayımından KİV-in gəlirləri 25,1 mln. manat təşkil edib ki, bunun da 22 mln. 665,9 min manatı TV-nin, o cümlədən dörd dövlət kanalının (AzTV, İctimai, Mədəniyyət, İdman) payına düşüb.

Radioyayım şirkətləri 1 mln. 376 min manat, qəzet və jurnallar 244 min manat qazanıblar. Beləliklə, çap mətbuatın payına 0,36% düşüb.

Ən inkişaf etmiş sektor İnternet sayılır. Hələlik burada müvafiq vergi nəzarəti yoxdur. 2014-cü ildə Azərbaycan saytları reklamdam 775,2 min manat qazandıqlarını bəyan ediblər.

2014-cü ildə reklam xidmətlərinin yerinə yetirilməsi üçün 3242 müqavilə bağlanıb. Fəallıq 38,6% artıb. Həmin müqavilələr üzrə işlərin (64,2 mln.manat) ümumi dəyəri 3,2% azalıb.

XS
SM
MD
LG