Accessibility links

İren tropik tufanı ABŞ-ın şimal-şərq bölgələrinə üz tutub (YENILƏNIR)


İren tropik tufanı ABŞ-ın şimal-şərq bölgələrinə üz tutub (YENILƏNIR)
İren tropik tufanı ABŞ-ın şimal-şərq bölgələrinə üz tutub (YENILƏNIR)

ABŞ Daxili Təhlükəsizlik naziri Canet Napolitano İren tropik tufanının keçidyi ərazilərdə sakinlər üçün təhlükələrin hələ də qaldığını bildirib.

Napolitano bir çox yerlərdə elektrik dirəklərinin sındığını, generator problemlərinin yaşandığını və ağacların qırıldığını deyib.

İren qasırğası rəsmən tropik tufan statusuna endirilsə də, ABŞ-ın şərq sahillərini leysan yağışları və güclü küləklərə məruz qoymaqda davam edir. Qasırğa yer və hava nəqliyyatını region boyu iflic edib və azı səkkiz adamın ölümünə bais olub.

Milli Qasırğa Mərkəzi İrenin saatda 120 kilometr sürətlə Nyu Yorka yaxınlaşdığını bildirir. Metereoloqlar küləklərin şəhərdəki göydələnlərin yuxarı mərtəbələrini möhkəm silkələyəcəyini proqnozlaşdırırlar.

Nyu Yorkda yeraltı stnasiyalardan bəzilərinə su dolub. Şərq və Hudson çayları daşıb. Beləliklə də Manhattan rayonunun ətrafını və bir neçə küçəsini su basıb.

İren qasırğası günorta Yeni İngiltərə regionuna doğru istiqamət alacaq və axşam çağı Kanadaya çatacaq.

Tufan Merilənd və Nyu Cersi ştatlarında atom elektrik stansiyalarının fəaliyyətlərini dayandırmağa məcbur edib. Rəsmilər obyektlərin təhlükəsiz olduğunu və heç kəsin xəsarət almadığını deyirlər.

XS
SM
MD
LG