Accessibility links

Elm

Keçmişin sirlərini açarkən [Video]


Müasir rentgen gizli yazıları aşkar edə bilir

Yeni texnologiya keçmiş haqda düşüncələri tamamilə dəyişə bilər. Alimlər rəsm əsərlərinin altında başqa rəsm əsərləri, kitab vərəqlərinin altında isə başqa yazılar aşkar edir.

Dahilərin nəzəriyyələri, 150 milyon il bundan əvvəlki tapıntılar və bütün zamanların ən tanınmış rəssamlarının əsərləri- bütün bunlar mikraskop altında tədqiq edilə bilər.

Alimlər müasir rentgenin köməyi ilə perqament kağızı, kətan, hətta sümüklərə həkk olunmuş mürəkkəbin altındakı yazıları tədqiq edəcək.

Onların aşkar etdiyi tapıntılar bizim keçmiş haqda bildiklərimizi tamamilə dəyişir.

Almaniyada alimlər bənzər texnologiyadan istifadə edərkən Van Qoqun rəsm əsərlərinin altında başqa bir rəsm əsəri aşkar edib.

Rentgen italiyalı bəstəkar Luiqi Çerubinin yazılarında da gizli yazılar tapıb. Onun yazısının bir hissəsi qara mürəkkəblə örtülü idi. İlk dəfə olaraq onun əsəri tam şəkildə aşkar edilib.
XS
SM
MD
LG