Accessibility links

Elm

Yeni rentgen cihazı [Video]


“Video oyunların əyləncədən başqa bir məqsədinin olmadığını düşünürsə, bir daha düşünün”, deyə Hyuston Metodist xəstəxanasının radiasiya onkoloqu və Platonun Mağarası (Plato-s CAVE) adlanan yeni görüntü texnologiyasının müəllifi doktor Brayn Butler deyir.

Dr. Brayn Butler: Belə texnologiyanın ərsəyə gəlməsinin başlıca səbəbkarları kompyuter mühəndisləri və video oyun istifadəçiləri olub.

CAVE çox sürətli çalışan texnologiyadır. Mikrosoft və Apple softveyrləri ilə çalışır. CT, MRİ və PET kimi digər rentgen aparatlarından məlumatları sürətli şəkildə qəbul edir və təfsilatlı görüntüyə çevirir.

Video oyunlardakı qrafiklərə oxşar, çoxölçülü rəngli görüntü həssas ekranlı monitora köçürülür. Bu, həkimlərə görüntüləri manipulasiya etməyə və virtual olaraq bədən üzvlərinə fərqli istiqamətlərdən baxmağa, görüntüləri çevirmək, yaxınlaşdırmaq və uzaqlaşdırmaq imkanı verir.

CAVE texnologiyasını istifadə edən cərrahlardan biri Mas Takaşima deyir ki, cihaz əməliyyat aparılacaq bədən üzvünü virtuallaşdıraraq uğurlu əməliyyatın başlıca amilinə çevirilir.

Dr. Mas Takaşima: Əlinizdə məlumatlar olsa, nə baş verdiyini dəqiqliklə görüntüləyə bilərsiniz. – Damar bədxassəli şişin ətrafına dolanmış ola bilirmi? Texnologiya bu kimi narahatlığa səbəb olacaq stress və ya təşvişi azaldır.

Hazırda cərrahlar ehtiyatsızlıq nəticəsində özünü oxla vuran xəstə üzərində CAVE sistemindən istifadə edərək mürəkkəb əməliyyat aparmağı planlaşdırırlar. Onlar oxun kəllə sümüyündən necə keçdiyini və qan damarına necə yaxın olduğunu aydın görə bilirlər.

Qısa müddət əvvəl hətta tanınmış həkimlər rentgen texnologiyası haqda bədbin idilər. Hyuston Metodist Xəstəxanasında sinir cərrahı doktor Robert Qrossman 1963-cü ildə baş vermiş təcrübəni xatırlayır.

Dr. Robert Qrossman: İlk dəfə CT rentgen aparatı tanıdılanda, xəstəxanamızın tanınmış nevro-radiologiya rəhbəri - adını deməyəcəm- o bizə - dostlar bu oyuncaqdır, dedi.

Ekspertlər isə indi bunun sadəcə başlanğıc olduğunu deyirlər. Onlar rentgen texnologiyasının gündən günə daha da mükəmməlləşəciyini vurğulayırlar.

XS
SM
MD
LG