Accessibility links

ABŞ-ın Baltimor şəhərində rəsmilər və polis Renuarın rəsm əsəri ətrafında dolaşan müəmmanı çözməyə çalışırlar. Məşhur rəssamın 60 il bundan öncə oğurlanmış əsəri iki il qabaq başqa əşyalarla dolu qutuda cəmi 7 dollara satılıb.

Qərbi Virciniya ştatındakı yarmarkada sənət əsərini aldığını deyən qadın “Seyn Çayının Sahilləri” adlı sənət əsərini hərraca çıxarıb, amma hərrac ləğv olunub.

Rəsm əsərini anbarda iki il saxladıqdan sonra qadın onu auksion evində yoxlamadan keçirib. Orada Renuar əsərinin təqribən $75,000 dəyərində olduğu müəyyən olunub.

Washington Post qəzeti yazlr ki, Baltimor İncəsənət Muzeyi 1937-ci ildə rəsm əsərini Saidie May adlı şəxsdən borc almışdı. 1951-ci ildə sənər əsəri oğurlandı. Sığorta şirkəti əsərə görə muzeyə $2,500 ödəyib.

İndi rəsmilər müəyyən etməlidirlər ki əsərin həqiqi sahibi kimdir: May ailəsi, Baltimore muzeyi, sığorta şirkəti yoxsa Renuarı 7 dollara almış qadın.
XS
SM
MD
LG